Prezident Ramil Usubovun səlahiyyətlərini artırdı — Sərəncam

2014/07/13 10:43
Prezident Ramil Usubovun səlahiyyətlərini artırdı — Sərəncam

Ramil UsubovDövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edib.
Dəyişikliklərə əsasən, bəzi nazirlik və mərkəzi icra hakimiyyəti orqanlarına əlavə səlahiyyət verilib.
Dəyişikliklərə əsasən, inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası məsələlərinə Daxili İşlər Nazirliyi, avtomobil və dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına məsələlərinə Nəqliyyat Nazirliyi baxacaq.
Həmçinin dövlət başçısının fərmanında deyilir: “su nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Dövlət Dəniz Administrasiyası, hava nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Dövlət Mülki Aviasiya Administrasiyası, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Fövqəladə Hallar Nazirliyi baxır”

Səhiyyə Nazirliyindən siqaret satışıyla bağlı şok qərar

2014/07/12 20:16
Səhiyyə Nazirliyindən siqaret satışıyla bağlı şok qərar

sigaretSəhiyyə Nazirliyi siqaret istifadəçilərinin sayını azaltmaq üçün qaydaları sərtləşdirir.

Türkiyə Səhiyyə Nazirliyinin tətbiq edəcəyi yeni qaydaya əsasən, siqaretlər 3 il ərzində diqqət çəkməyəcək şəkildə yenidən hazırlanacaq.

Siqaret qutularının markasından asılı olmayaraq, tam qara rəngdə hazırlanacağı bildirilir. Siqaret alıcıları mağazalarda siqaretləri 1, 2 və s. kimi nömrələrlə seçə biləcək.

Milli Tütün Nəzarət Proqramının 2014-2018-ci illər arası həyata keçirəcəyi layihənin müsbət nəticə verəcəyi gözlənilir.

Bundan əlavə, ticarət mərkəzləri, kino salonları, teatr kimi yerlərdə müəyyən məsafədən sonra siqaret çəkilməyinə qadağa qoyulacaq. Uşaq istirahət parklarında isə siqaret çəkməyin birmənalı olaraq qadağan olunacağı bildirilir.

İlham Əliyev daha bir qanunu təsdiqlədi

20:10
İlham Əliyev daha bir qanunu təsdiqlədi
PrezidentAzərbaycan prezidenti İlham Əliyev  yeni qanun — Milli Məclisi tərəfindən Vergi Məcəlləsində edilmiş düzəlişi təsdiqləyib. Düzəliş yaxın vaxtlarda ABŞ hökuməti ilə FATCA üzrə nail olunmuş razılığa — Amerika sakinlərinin xarici hesablarına vergi qoyulması haqqında qanuna edilib.
«Trend»-in məlumatına görə, məcəlləyə aşağıdakı məzmunda 76.2-1 maddəsi daxil edilib: «Azərbaycanın başqa dövlətlərlə bağladığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycanın ərazisində bu ölkələrin fiziki və hüquqi şəxsləri tərəfindən aparılan maliyyə əməliyyatları haqqında informasiya bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən banklar və kredit təşkilatları tərəfindən icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən həcmdə və qaydada həmin dövlətlərin birbaşa və ya bilavasitə uyğun səlahiyyətli orqanına təqdim edilməlidir».
Bundan başqa, Məcəlləyə 76.2-1 maddəsindəki tələblərin pozulmasına görə maliyyə sanksiyalarını nəzərdə tutan 60.1.4 maddəsi daxil edilib: belə hesablar üzrə keçirilən əməliyyatların 30 faizi və ya əgər onlarla belə əməliyyat aparılmayıbsa, hər belə hesaba görə hər biri 400 manat həcmində cərimə.
Dövlət başçısının digər fərmanı ilə təqdim edilən informasiyanın həcmi və qaydasının müəyyən edilməsi üzrə səlahiyyətlər ölkənin Nazirlər Kabinetinə verilir, bu ötürülməni həyata keçirəcək orqan isə Azərbaycanın Vergilər Nazirliyi təyin edilib.
Ölkənin Nazirlər Kabinetinə Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının təsdiq edilmiş düzəlişlərə uyğunlaşdırılmasına dair təklifi Azərbaycan prezidentinə təqdim etmək; xarici dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən ölkənin ərazisində keçirilən maliyyə əməliyyatları haqqında informasiyanın ötürülməsi həcmləri və qaydasını müəyyən etmək və bu barədə dövlət başçısına məlumat vermək; üç ay müddətinə Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının təsdiq edilmiş düzəlişlərlə uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquq aktlarının təsdiq edilmiş düzəlişlərlə uyğunlaşdırılmasına nəzarət etmək və bu barədə beş ay ərzində dövlət başçısına məlumat vermək, həmçinin başqa məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının təsdiq edilmiş düzəlişlərlə uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və IRS amerikalı rezidentlərin xarici hesablarına vergi qoyulması haqqında FATCA qanunu üzrə razılaşma əldə ediblər.
2014-cü il iyulun 1-dən başlayaraq bütün ölkələrin bankları IRS sisteminə qoşulmalı və ona bu hesablar haqqında məlumat verməlidirlər. Əks halda onlara qarşı sanksiyalar tətbiq ediləcək.
Azərbaycan Beynəlxalq Bankı (ABB), «Bank Technique», «Zaminbank», «Bank Avrasiya», «Azər Türk Bank», «Muğanbank», «Qafqaz İnkişaf Bankı «, «Kapital Bank», «PAŞA Bank», «Günay Bank», «DəmirBank», «Xalq Bank», «TuranBank», «NIKOIL Bank» və «AtaBank» IRS-də qeydiyyatdan keçib.
Bundan başqa, Britaniyanın auditor və konsaltinq şirkəti «Baker Tilly», eləcə də ABB-nin və «PAŞA Bank»ın Gürcüstandakı törəmə strukturları sistemdə qeydiyyatdan keçiblər.
Azərbaycan bu ilin mayında IRS-in əməkdaş ölkələr siyahısına daxil edilib və bunun sayəsində ABŞ-ın vergi orqanı sistemində yerli maliyyə institutlarının qeydiyyatının ən son tarixi bu il dekabrın 31-dək uzadılıb. FATCA üzrə hökumətlərarası sazişin yekun mətni, bütün zəruri dövlətlərarası prosedurların tamamlanması və bilavasitə imzalanma bu ilin sonunadək baş tutacaq. İnformasiya mübadiləsinin praktiki təşkilini, məxfiliyin təmin edilməsi və digər məsələləri tənzimləyən əlavə sənədin isə 2015-ci ilin sonunadək imzalanması gözlənilir.

İlham Əliyev lisenziya ilə bağlı qaydaları təsdiqlədi

19:29
İlham Əliyev lisenziya ilə bağlı qaydaları təsdiqlədi

PrezidentPrezident İlham Əliyev «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

“Qafqazinfo”nun məlumatına görə, sənəddə qeyd olunur ki, «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a aşağıdakı məzmunda 2.16-cı bənd əlavə edilir:

«2.16. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına lisenziya almış şəxslərin həmin vasitə və maddələrin saxlanılması üçün ayrıca lisenziya alması tələb olunmur. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına və ya satışına verilən lisenziyada onların saxlanılmasına icazə verildiyi göstərilir.»;

1.2. həmin Fərmanla təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»nə aşağıdakı məzmunda 59 cu hissə əlavə edilir:

 

“59.
 Qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:
Azərbaycan Respublikasının
Kənd  Təsərrüfatı Nazirliyi

 

59.1.
istehsalı
2000

 

59.2.
idxalı
1000

 

59.3.
satışı
500

 

59.4.
saxlanılması
200”

Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmanın 1.2-ci bəndində göstərilən fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli vəbu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versi tapşırılıb.

Bakı qəsəbələrindən birinin adı dəyişdirildi- Sərəncam

19:25
Bakı qəsəbələrindən birinin adı dəyişdirildi- Sərəncam

PrezidentBakıda qəsəbələrdən birinin adında dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda dəyişikliklər edilməsi haqqında sərəncamına əsasən, bundan sonra «Gürgan» qəsəbəsi «Gürgən» adlanacaq.