Dünyanın bütün sülhpərvər insanları və təşkilatları günahsız bir uşağın erməni vadalinzminin qurbanına çevrilməsinə öz münasibətini bildirməlidir.

2017/07/07 19:56
Dünyanın bütün sülhpərvər insanları və təşkilatları günahsız bir uşağın erməni vadalinzminin qurbanına çevrilməsinə öz münasibətini bildirməlidir.

Müvəkkil Hüquq Mərkəzinin BƏYANATI

Müvəkkil Hüquq Mərkəzi 2 yaşlı Zəhranın erməni terroçuları tərəfindən öldürülməsini qətiyyətlə pisləyir. İnsan hüqularına qarşı törədilmiş bu qəsdi insanlıq üçün utancverici bir hadisə hesab edirik. Dünyada qondarma soyqırımı təbliğatı aparan ermənilər iyirminci yüzillikdə 2 dəfə Azərbaycan türklərinə qarşı soyqırımı aparıblar.

Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinlərinə qarşı apardığı terror əməliyyatı Azərbaycan tərəfinin münaqişənin sülh yolu illə həll olunmasına olan bütün cəhdlərini heçə endirir.

Təşkilatımız qeyd etməyi zəruri hesab edir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən müxtəlif vaxtlarda qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinin göstərildiyi kimi Ermənisatn silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olumuş ərazilərinin qeydsiz–şərtsiz boşaldılmaması ilə bağlı göstərişlərinin icra edilməməsi münaqişəyə beynəlxalq birlik tərəfindən ikili yanaşmanı nəticəsidir. Dünyanın bütün sülhpərvər insanları və təşkilatları günahsız bir uşağın erməni vadalinzminin qurbanına çevrilməsinə öz münasibətini bildirməlidir.

 

Müvəkkil Hüquq Mərkəzinin

sədri Səməd Vəkilov

 

Sağlamlıq imkanları məhdud şəxslərlə maarifləndirci görüş keçirilib

2017/06/29 22:01
Sağlamlıq imkanları məhdud şəxslərlə maarifləndirci görüş keçirilib

İyunun 29-da “Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud vətəndaşlarla hüquqi -maarifləndirici görüş keçirilmişdir.


Görüşü təşkilatın rəhbəri Səməd Vəkilov açaraq bildirmişdir ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Layihə çərçivəsində müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi xidmətlərin təşkil edilir.

 

Eyni zamanda həssas sosial yonümlü 5 QHT ilə əməkdaşlıqda belə maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur ki, bu görüşlərin də birincisi “GülSam Əlillərin Reablitasiyası” İctimai Birliyi ilə əməkdaşlıqda sağlamlıq imkanları məhdud şəxslərlə keçirilir.

 

“GülSam Əlillərin Reablitasiyası” İctimai Birliyinin sədri Gülnarə Səlimova da bu görüşün rəhbərlik etdiyi təşkilatla əməkdaşlıqda keçirildiyi üçün Müvəkkil Hüquq Mərkəzinə təşəkkürünü bildirib və QHT-lər arasında layihələr çərçivəsində əməkdaşlığı yüksək qiymətlənirdi.

 

 

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova da bu kimi layihələrin vətəndaşların problemlərinin həllində mühüm rol oynadığını bildirərək görüş iştirakçılarına aktiv olmalarını və onları narahat edən hüquqi məsələlər ilə bağlı suallar verməyə çağırdı.

Daha sonra layihə rəhbəri Səməd Vəkilov sağlamlıq imkanları məhdud vətəndaşlar üçün qanunvericiliklə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdi.

Görüşdə mənzil problemləri, sosial müavinət, müəyyən proseduralar ilə bağlı elektron müraciətlərin hazırlanması və digər məsəllər ilə bağlı görüş iştirakçılarının sualları cavabladırıldı.

 

Görüş iştirakçılarından 3 nəfəri üçün isə vaxt təyin edilərək növbəti həftədə əlavə hüquq yardımın göstərilməsi qərara alındı

 

 

 

 

 

 

 

Bu ölümlərdə ekspertiza cinayətkarları qoruyur -Video

2017/04/15 12:32
Bu ölümlərdə ekspertiza cinayətkarları qoruyur      -Video

ATV kanalında hüquqşünas Zülfiyyə Bayramovanın təqdimatında yayımlanan “Qanunla biz” verilişində son illər Azərbaycan ictimaiyyətini həm sıravi vətəndaş, həm də yüksək dairələr səviyyəsində ən çox narahat edən məsələlərdən biri — həkim səhlənkarlığı mövzusu müzakirə olunub.

 

untitled

Axar.az xəbər verir ki, verilişin qonaqları hüquqşünas Səməd Vəkilov və ZNK şirkətinin baş həkimi, həkim-dermotoloq Sevinc Abdullayeva həkim səhlənkarlığının səbəblərindən, hüquqi addımların atılmasından danışıblar.

Hüquqşünas Səməd Vəkilov son illər həkim səhlənkarlığı nəticəsində baş verən ölüm hallarının artdığını və bunlardan bir neçəsinin ölkədə böyük rezonans doğurduğunu deyib:

“Bildiyiniz kimi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tanınmış tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) 2013-cü ildə həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsi bütün ölkədə rezonans doğurdu. Bu hadisə ilə sözügedən problem qabarıq şəkildə üzə çıxdı. Lakin çox təəssüf ki, qanunvericilikdə həkim səhlənkarlığı ucbatından pasiyentin ölümünə səbəb olmaya görə cəmi 4 ilə qədər həbs cəzası nəzərdə tutulur ki, adətən, belə həkimlər də ən yaxşı halda məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilir. Başqa sözlə desək, həbs olunmurlar. Doğrudur, Elnarə Tofiqqızının həkim səhlənkarlığı ilə bağlı dünyasını dəyişməsi prosesində ittiham olunan həkim-anestezioloq həbs edildi. Bunun da səbəbi o idi ki, o, ölüm baş verdikdən sonra sənədləri saxtalaşdırmışdı və anestezioloqun iki maddə ilə — 124.1 (həkim səhlənkarlığı, xəstənin ölümünə səbəb olduqda) və 311.1 (sənəd saxtakarlığı) – törətdiyi cinayəti sübuta yetirildi.

Ancaq adətən, yalnız həkim səhlənkarlığı nəticəsində insan ölümü baş verəndə, həkimlər həbs edilmirlər, məntəqə tipli cəzaçəkmə müəssisəsi azadlıqda qalmaq deməkdir. Bu isə zərərçəkənlər tərəfindən çox pis qarşılanır.

Konkret bu hadisənin timsalında deyək ki, Elnarə Tofiqqızının iki azyaşlı qızı var idi və həmin uşaqlar, eləcə də həyat yoldaşı — tanınmış jurnalist Anar Niftəliyev ağır sarsıntı keçirdi”.

S.Vəkilov bir insanın səhlənkarlıq nəticəsində dünyasını dəyişməsi qarşılığında cəzanın həddən artıq yüngül olmasına diqqət çəkib:

“Yəni belə məsələlərdə hüquq sistemi demək olar ki, həkimləri qoruyur. Təəssüf ki, bu cür ölümlərdə təyin olunan ekspertiza da birmənalı şəkildə cinayəti törədən həkimlərin tərəfini saxlayır. Belə ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ölümün səbəbləri ilə bağlı verdiyi arayış istintaqda əsas götürülür. Birliyin ekspertləri isə çalışırlar ki, öz həmkarlarının məsuliyyətdən azad olunması üçün onların səhv etmədiklərini arayışda əks etdirsinlər. Nəticədə, bəzən həkimlər törətdikləri cinayətə görə ümumiyyətlə cəzasız qalırlar”.

S.Vəkilov bu halın həkim səhlənkarlığının bu qədər geniş yayılmasında rol oynadığını da vurğulayıb.

Cəmiyyəti çox narahat edən olduqca maraqlı verilişin tam videosunu təqdim edirik:

Şuranın dəstəyilə “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda təlim keçirilib

2016/10/20 19:52
Şuranın dəstəyilə “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda təlim keçirilib

Müvəkkil Hüquq Mərkəzi Qazax rayonunda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar üçün təlim keçirib.

Təlim Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə

“Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub.

Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.

Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla aparılmışdır. Təlim «Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri» və «Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili» mövzusunda aparılıb.

Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 2 qrup üzrə komanda çalışmalarında iştirak etmiş və təqdimatlar hazırlamışlar.

Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib

Müvəkkil Hüquq Mərkəzi Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib

2016/10/09 23:49
Müvəkkil Hüquq Mərkəzi Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib

Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində sahibkarlar üçün təlim təşkil edib.

Təlim Gəncə şəhəri İcra Hakimiyyətində keçirilib. “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda keçirilən təlimdə 10 sahibkar iştirak edib.

Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.

Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla aparılmışdır. Təlim  »Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri» və «Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili» mövzusunda  aparılıb.

Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 3 qrup üzrə komanda çalışmalarında iştirak etmiş və təqdimatlar hazırlamışlar.

Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.

\