Gündüz Məmmədov Odessa şəhərinə prokuror təyin edilib

2014/07/15 12:45
Gündüz Məmmədov Odessa şəhərinə prokuror təyin edilib

prokuror_12286Ukraynanın Odessa şəhərinə azərbaycanlı prokuror təyin edilib. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, Gündüz Aydın oğlu Məmmədovdur. Təyinatla bağlı əmri Ukraynanın baş prokuroru imzalayıb.
Gündüz Məmmədov 16 oktyabr 1974-cü ildə Gəncədə anadan olub. O, Meçnikov adına Odessa Dövlət Universitetini bitirib. Hüquq elmləri namizədidir. Odessanın prokurorluq roqanlarında müxtəlif vəzifələrdə işləyib. Kiyev vilayətində şöbə prokuroru olub.

Səhiyyə Nazirliyindən siqaret satışıyla bağlı şok qərar

2014/07/12 20:16
Səhiyyə Nazirliyindən siqaret satışıyla bağlı şok qərar

sigaretSəhiyyə Nazirliyi siqaret istifadəçilərinin sayını azaltmaq üçün qaydaları sərtləşdirir.

Türkiyə Səhiyyə Nazirliyinin tətbiq edəcəyi yeni qaydaya əsasən, siqaretlər 3 il ərzində diqqət çəkməyəcək şəkildə yenidən hazırlanacaq.

Siqaret qutularının markasından asılı olmayaraq, tam qara rəngdə hazırlanacağı bildirilir. Siqaret alıcıları mağazalarda siqaretləri 1, 2 və s. kimi nömrələrlə seçə biləcək.

Milli Tütün Nəzarət Proqramının 2014-2018-ci illər arası həyata keçirəcəyi layihənin müsbət nəticə verəcəyi gözlənilir.

Bundan əlavə, ticarət mərkəzləri, kino salonları, teatr kimi yerlərdə müəyyən məsafədən sonra siqaret çəkilməyinə qadağa qoyulacaq. Uşaq istirahət parklarında isə siqaret çəkməyin birmənalı olaraq qadağan olunacağı bildirilir.