«Müvəkkil» Sizi təlim kurslarına dəvət edir

2015/09/18 21:56
«Müvəkkil» Sizi təlim kurslarına dəvət edir

«Müvəkkil» Tədris Kursu 05 oktyabr 2015-ci il tarixdən HR (İnsan resruslarını idarə edilməsi-kadr işi) Sizi təlim kurslarına dəvət edir.

Kursu təcürbəli hüquqşünas Müvəkkil Hüquq Mərkəzinin sədr Səməd Vəkilov aparacaq.

Kursu uğurla bitirənlərə sertifikat veriləcək. Kurs iştirakçlarına milli və beynəlxalq qanunvericiliyə uyğun praktik işlər həmçinin məhkəmə təcürbəsinə aid materiallarla təmin olunacaq.

Təlim kursunda iştirak etmək üçün cv-ləri qehremanli.susen@gmail.com elektron poçtuna göndərə yaxud (012) 492 65 36 telefon vasitəsi ilə 1-5-ci günlər saat 10.00-dan 17.00-dək layihənin kordinatoru Süsən Qəhrəmanova ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlər “Müvəkkil” Tədris Kursunun təlim mərkəzində (Səbail r/n, Mehdi Huseyn küçəsi 1 A, Milli Məclisin qarşısında Az.Tv ilə bir sırada) ünvanında keçiriləcək.

Müvəkkil Hüquq Mərkəzi Akif Əlizadəni Fəxri Diplomla təltif etdi — FOTO

2015/01/17 19:05
Müvəkkil Hüquq Mərkəzi Akif Əlizadəni Fəxri Diplomla təltif etdi — FOTO

2015-01-17-13-15-17semed-vekilov-liderxeber-640Bu barədə  açıqlama verən mərkəzin sədri Səməd Vəkilov Akif Əlizadənin özünəməxsus dəsti xətti olan hüquqşünas kimi xarakterizə edərək, onun müasir Azərbaycan hüquq məktəbinin yaranmasında, hüquqşünas kadrların hazırlanmasında, hüquq mədəniyyətinin formalaşmasında o cümlədən, vətəndaş cəmiyyətinin formalaşmasında xüsusi xidmətləri olduğunu bildirmişdir . O bildirmişdir ki, Akif Əlizadənin rəhbərlik etdiyi İnsan Hüquları üzrə Hüquqşünaslar Komitəsi ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı

2015-01-17-13-15-52akif-elizada-liderxeber-23152

məhəkəmələrdə imkanları monitorinqi ilə bağlı «İmkanların bərabərliyi» və həbs qəti imkan tədbirlərin seçilməsi ilə bağlı təşkilatın apardığı layihə və tədqiqatları xüsusi qeyd etmək lazımdır. Bütn bu göstərilən fəaliyyətlər onun bizim mərkəz tərəfindən Fəxri Diplomla təltif edilməsi üçn əsas olduğunu söyləmişdir.regionlarda məhkəmələrin monitorinqi, müdafiə və ittiham tərəfinin

 

Alınan mallar geri qaytarılmır — Hüquqşünas Səməd Vəkilovun çıxışı

2014/11/16 23:25
Alınan mallar geri qaytarılmır — Hüquqşünas Səməd Vəkilovun çıxışı

SVATV

İran vətəndaşı Bakıda meydan sulayır

2014/10/20 21:20
İran vətəndaşı Bakıda meydan sulayır

İran vətəndaşı Bakının mərkəzində məskunlaşaraq bina sakinlərini uzun illər istifadə etdikləri kommunal xidmətlərdən məhrum edib.

Bu barədə Yaradıcı Qadınlar Assosiasiyanın prezidenti, incəsənət üzrə fəlsəfə doktoru, tanınmış rəssam Afaq Hüseynzadə məlumat verib. O, 32 ildir ki, Xaqani küçəsi 11-də öz emalatxanasında yaradıcılıqla məşğul olur.

Yersiz gəldi, yerli qaç!

2012-ci ildə həmin ünvanda məskunlaşan İran vətəndaşı Mahmud Haqhari ona və binanın digər sakinlərinə ciddi maneələr yaradıb, istifadə etdikləri pilləkənləri, giriş qapılarını, ayaqyolunu zəbt edərək söküb. A.Hüseynova isə tikililərin bərpası üçün Səbail Rayon Məhkəməsinə müraciət edib:

“Fəaliyyət göstərdiyim bina və onun həyəti öz əvvəlki əzəmətini itirib. Mahmud Haqhari binanın həyətində özbaşına tikililər aparıb, əvvəl iki ayaqyolunun qabagını qıfıllı dəmir dərvaza ilə bağladı ki, istifadə edə bilməyim. Sonra da onları və özünə məxsus pilləkəni sökdü. Eyni zamanda, binada yanğın zamanı dama qalxmaq üçün qurulan pilləkəni zəbt edərək qıfıllı dəmir darvaza ilə bağladı”.

Haqhari hansı məqsədlə Bakıya gəlib?

Nəhayət, uzun çəkən mübahisələrdən sonra məhkəmə 2014-cü il aprelin 18-də qətnamə qəbul edib. Sənəddə iddiaçının tələbləri təmin edilməyib:

 

“Məhkəmə də onun qanunsuz hərəkətlərinə heç bir qiymət vermədi. Haqhari Mahmud özünü elə aparır ki, sanki Bakının mərkəzində yerləşən həyətimiz onun şəxsi mülküdür. Halbuki, məhkəmə sənədlərini araşdırarkən heç onun mənzilinin texniki pasportu tapılmadı. O hansı məqsədi güdür? Həyətdən məni çıxarıb gizli casusluq fəaliyyəti ilə məşğul olmaq istəyir?”

Səbail Rayon Məhkəməsinin  tam qərəzli mövqe tutduğunu iddia edən rəssam məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını vurğulayıb:

“Məhkəmə sökülən ayaqyoluları qanunsuz tikili kimi qiymətləndirərək ona uyğun qərar verib. Şəhərin mərkəzində qədim arxitekturalı, Sovet dövrünü yaşamış binalarda özbaşına tikili ola bilməz. Layihə-sxem olmadan həmin sahəyə özbaşına tikili kimi qiymət verməq qanunsuzdur. Mübasəli ərazidə bina mövcud olandan iki ayaqyolu olub. Bu faktı binada yaşayanlar, qonaqlar, həmin əraziyə xidmət edən müvafiq orqanlar, səlahiyyətli şəxslər təsdiq edib”.

Rəssam maddi və mənəvi zərərin ödənməsini tələb edir

A.Hüseynova məhkəmədə həmçinin, ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb etdiyini bildirib:

“Mahmud Haqhari ayaqyolunu sökəndən sonra kanalizasiya borularını düz birləşdirməyib. Ona görə də emalatxanımın divarı tam yaşdır və bütün işlərim zay olur. Aparılan söküntü nəticəsində mənə təxminən 910 manat məbləğində ziyan dəyib. Xeyli müddətdir ki, müsibətlər içərisindəyəm,  əsəb xəstəliyinə tutulmuşam. Dəfələrlə həkimə müraciət etməyə və dərmanlar qəbul etməyə məcbur olmuşam; stresslər keçirmişəm, mənəvi əzab çəkmişəm. Mənə vurduğu maddi və mənəvi ziyanını ödəməsini tələb etdim”.

A.Hüseynzadə ona dəyən mənəvi zərəri 25 min manat məbləğində dəyərləndirib. Məhkəmə isə işdəki çoxsaylı sənəd və sübutlara, foto-video materiallara, şahid izahatlarına əhəmiyyət verməyərək, iddiasını təmin etməyib. Buna görə də rəssam Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək qərarına gəlib

 

Ramil Usubov polis rəisini cəzalandırdı

2014/10/13 20:03
Ramil Usubov polis rəisini cəzalandırdı

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin araşdırması nəticəsində işdə yol verdikləri nöqsanlara görə Masallı Rayon Polis Şöbəsinin Boradigah polis bölməsinin rəisi polkovnik-leytinant Yaşar Göyüşov, bölmənin Bədalan kənd sahə müvəkkili, polis kapitanı Sübhan Qurbanov və Türkoba kənd sahə müvəkkili İman Əzizova töhmət verilib.

Bu barədə Masallı sakini Qiyas Rəcəbovun hüquqlarını müdafiə edən Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Masallı Rayon İcra Hakimiyyəti rayonun Türkoba kənd sakini Rəcəbov Qiyas İlyas oğluna mülkiyyətində olan torpaq sahəsində ticarət obyekti tikintisinin aparılması barədə sərəncam verib. Lakin onun həmkəndlisi İlham Qurbanov tikintiyə  maneçilik törətməyə başlayıb.

“Ona bu işdə polis qardaşı Sübhan Qurbanov və Türkoba kənd sahə müvəkkili İman Əzizov da dəstək verib. Ona görə də məsələnin obyektiv araşdırılması üçün bu ilin avqust ayında Daxili İşlər naziri Ramil Usubova müraciət etdim. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları barədə araşdırma aparılmasını, eyni zamanda, Q.Rəcəbovun xüsusi mülkiyyətinə qarşı edilmiş qanun pozuntusunun qarşısının alınması ilə bağlı aparılmış təhqiqatın obyektivliyini təmin etmək məqsədi ilə nəzarətə götürməsini xahiş etdim”, — S.Vəkilov bildirib.

Həmin müraciət əsasında DİN Baş İctimai Təhlükəsizlik İdarəsində təhqiqat aparılıb. Nəticədə Masallı Rayon Boradigah Polis Bölməsinin rəisi və 2 əməkdaşı vəzifəsindən sui-istifadə etdiyinə və işində yol verdikləri nöqsanlara görə töhmət alıb.