«Müvəkkil» Sizi təlim kurslarına dəvət edir

2015/09/18 21:56
«Müvəkkil» Sizi təlim kurslarına dəvət edir

«Müvəkkil» Tədris Kursu 05 oktyabr 2015-ci il tarixdən HR (İnsan resruslarını idarə edilməsi-kadr işi) Sizi təlim kurslarına dəvət edir.

Kursu təcürbəli hüquqşünas Müvəkkil Hüquq Mərkəzinin sədr Səməd Vəkilov aparacaq.

Kursu uğurla bitirənlərə sertifikat veriləcək. Kurs iştirakçlarına milli və beynəlxalq qanunvericiliyə uyğun praktik işlər həmçinin məhkəmə təcürbəsinə aid materiallarla təmin olunacaq.

Təlim kursunda iştirak etmək üçün cv-ləri qehremanli.susen@gmail.com elektron poçtuna göndərə yaxud (012) 492 65 36 telefon vasitəsi ilə 1-5-ci günlər saat 10.00-dan 17.00-dək layihənin kordinatoru Süsən Qəhrəmanova ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlər “Müvəkkil” Tədris Kursunun təlim mərkəzində (Səbail r/n, Mehdi Huseyn küçəsi 1 A, Milli Məclisin qarşısında Az.Tv ilə bir sırada) ünvanında keçiriləcək.

Müvəkkil Hüquq Mərkəzi təqdimat mərasimi keçirib

2015/08/14 18:50
Müvəkkil Hüquq Mərkəzi təqdimat mərasimi keçirib

Bu gün Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən «Milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə təşəbbüslərin dəstəklənməsi» layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirib.

 Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Səməd Vəkilov bildirib ki, layihənin əsas məqsədi KİV-də və vətəndaşlar arasında milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə maarifləndirmə işinin təşkil olunmasıdır.

 Bu baxımdan media nümayəndələri və sadə vətəndaşlar ölkəmizin müharibə şəraitində, ərazilərimizin 20%-nin işğal altında olmasını nəzərə alaraq, milli təhlükəsizlik və hərbi sirlər ilə bağlı məsələlərdə diqqətli olmasını qeyd edən təşkilat rəhbəri qeyd edib ki, ötən ilin sonlarında və bu ilin son aylarında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi zəminində cərəyan edən proseslər respublikada bir çox kütləvi informasiya vasitələrinin — xüsusən də elektron medianın ekstremal şəraitdə informasiya siyasətinə hazır olmadığın göstərdi.

 S.Vəkilovun sözlərinə görə, həyata keçirilən layihə çərçivəsində www.muvekkil.azsaytında milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı qanunvericilik bazası yaradılıb. Bazaya daxil olan qanunlar haqqında onların əsas müddəalarını əks etdirən xülasələr hazırlanıb.

Eyni zamanda müxtəlif eksperlərin məqalələri toplanaraq bazaya yerləşdirilib. Bundan başqa milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı xəbərlər də bazaya daxil edilib.

 Layihə çərçivəsində aparılan monitorinq onu göstərir ki, hal-hazırda istər sosial şəbəkələrdə, istərsə də elektron mediada milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı hər hansı mənəvi və etik normaların gözlənilməsi mövcud deyil. Bu normaların qəbulu və işlək mexanizmə çevirilməsi üçün səlahiyyətli dövlət qurumları ilə jurnalistlərin təmsil olunduğu ictimai təşkilatların birgə çalışması vacibdir.

Bu qaydalar hər hansı hüquqi cəza və məhkəmə yolu ilə deyil, humanitar istiqamətdə formalaşdırılmalıdır ki, söz və mətbuat azadlığı, eyni zamanda vətəndaş cəmiyətinin inkişafına maneə yaranmasın.

 Bu baxımdan Müvəkkil Hüquq Mərkəzi hesab edir ki, həmin tərəfdaş qruplar tərəfindən hərbi sirlərin yayılması ilə bağlı xüsusi kriteriyalar müəyyənləşməlidir. Bu kriteriyalar dövlət orqanlarının təklifi ilə, jurnalist təşkilatları, redaktorlar və ziyalıların birgə konsesusu əsasında qəbul edilməlidir.

Bu kriteriyaların hazırlanması zamanı mütləq formada informasiyanın çatdırılması vaxtı həm söz və mətbuat azadlığı təmin olunması, həm də hərbi sirlərin yayılmasının aradan qaldırılması nəzərdə tutulmalıdır.

 Layihənin təqdimatından sonra mövzü ilə bağlı müzakirələr aparılıb.

 Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədr müavini Ramil Əzizov bildirib ki, gələcəkdə maarifləndirmə üzrə fəaliyyət regionlarda inkişaf etdirilməlidir. Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu I Qarabağ müharibəsi zamanı hər hansı kəşfiyyat məlumatını əldə etmək üçün 7-8 kəşfiyyatçının günlərlə fəaliyyət göstərdiyini bildirdi. İndi isə, biz həmin kəşfiyyat məlumatlarını düşmənə sosial şəbəkələrin köməkliyi ilə ötürürük.

AzərbaycanJurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın fikrincə, bu istiqamətdə güclü təbliğat aparılmalıdır ki, vətəndaşlar məsələnin ciddiliyini başa düşün. Əsasən də bu təbliğat orta məktəbdən başlamalıdır.

 “TürkiyəUniversitetləri Məzunları”İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin gələcəkdə inkişaf edərərk bu sahə ilə bağlı xüsusi Mərkəzin yaradılması zərurətindən danışdı.

 Hüquqşünas Əkbər Bağırov jurnalistikada ixtisaslaşma labudlüyünü qeyd edərək, bu baxımdan hərbi jurnalistikanın inkişafı ilə bu sahədə problemlərin aradan qaldırılmasının mümkünlüyünü qeyd etdi.

 Tədbir iştirakçılarından İnqilab Şirinbəyli, Gülər Qasımova , Tokay Bayramov, Mübariz Priyev, Səbinə Novruzzadə, Əli Fərhadov, Samir Pənaliyev, Aysəba Mirzəyeva mövzü ilə bağlı təkliflərlə çıxış etdilər.

 Bu təkliflər sırasında sosial çarx çəkilişi, orta məktəblərdə maarifləndirmə işinin təşklii, qanunların sərtləşdirilməsi və işlək mexanizmə çevrilməsi, TV-lərin bi istiqamətdə fəaliyyətinin genişləndirilməsi və s. səsləndi.

Müvəkkil Hüquq Mərkəzi təqdimat mərasimi keçirəcək

2015/08/11 15:50
Müvəkkil Hüquq Mərkəzi təqdimat mərasimi keçirəcək
 Müvəkkil Hüquq Mərkəzi QHT və KİV nümayəndələrini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən » Milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə təşəbbüslərin dəstəklənməsi» layihəsinin yekunlarına həsr olunan təqdimat mərasiminə dəvət  edir.
Təqdimat mərasimi 14 avqust  2015-ci il tarixində saat 15:00-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun konfrans zalında keçiriləcəkdir.
Ünvan: AZ1006, Azərbaycan, Bakı, M.Hüseyn 1A.

Sabiq müdafiə nazirindən cəbhədəki döyüşlərlə bağlı — Açıqlama

2015/07/25 21:02
Sabiq müdafiə nazirindən cəbhədəki döyüşlərlə bağlı — Açıqlama

Cəbhədə vəziyyətin gərginləşdiyi ilə bağlı xəbərlər dünəndən etibarən yenidən gündəmə gəlib.

Məlumatlara görə, dünən axşam saatlarından başlayaraq Gədəbəy rayonunun cəbhə xəttində bütün gün boyunca Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında sərt döyüşlər gedib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlər nəticəsində düşmən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib. Döyüş zanamı Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.

Cəbhədəki son vəziyyəti  şərh edən Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev bildirib ki, ermənilər cəbhə xətti boyunca hər gün hucuma keçir: “Onlar həmişə belə təxribatlarla məşğuldur. Onun Azərbaycan ordusuna heç bir aidiyyatı yoxdur. Atəşkəsi onlar pozur. Biz onların sadəcə cavabını verib, susdururuq. Bu dəfə də onlar başlayıb, paylarını da aldılar”.

D.Razyevin fikrincə, Azərbaycan ordusu müharibəyə həmişə hazır olmalıdır və həmişə də hazırdır: “Sadəcə olaraq, Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir. Neçə dəfə ölkə prezidenti çıxışında deyib ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz işğal altında olan torpaqlarımızı nəyinsə hesabına qaytaracağıq. Təbii ki, bu da müharibə yoludur. Hazırda isə müharibənin olacağı ilə bağlı yenilik yoxdur, ermənilər 20 ildir təxribatla məşğuldur. Həmişə təxribatın qarşısını almışıq və bundan da sonra alacağıq”.

Keçmiş müdafiə naziri hərbi ekspertlərin “müharibə variantı realdır” fikirinə də münasibət açıqlayıb: “Hərbi ekspertlərin müharibə ilə bağlı açıqlamalarına gəlincə, mən onların fikirlərini sensasiya adlandırıram. Bilirəm ki, prezident müharibənin nə vaxt başlamaq olduğunu gözəl bilir. Amma prezident sülh yolunu daha üstün tutur. Bu da xalqına olan istəkdən irəli gəlir. Müharibə faciədir, cavanların qanı tölüləcək, həlak olacaqlar. Nə qədər ki, sülh yolu var bu yolla da siyasətimiz davam etdirməliyik”.  //AzNews.az

Azərbaycan Mətbuat Şurasının sədri cəbhədə baş verənlərlə bağlı jurnalistlərə müraciət edib

17:29
Azərbaycan Mətbuat Şurasının sədri cəbhədə baş verənlərlə bağlı jurnalistlərə müraciət edib
“Dünəndən etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır.

Cəmiyyətin cəbhədə vaş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbul ediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir”.

APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov «Facebook» səhifəsində yazıb.

Ə. Amaşov bildirib ki, Mətbuat Şurası ötən ilin avqustunda atəşkəs rejiminin kütləvi pozulması müşahidə edilərkən də məsələ barədə mövqeyini açıqlayıb: “Qurum belə qənaətdədir ki, cəbhədə baş verənlərin ictimaiyyətə çatdırılmasında medianın operativliyi nə qədər vacibdirsə, onun dəqiqliyi və obyektivliyi bir o qədər zəruridir. Həssas fəaliyyət jurnalistin təkcə peşə etikasına riayyət etməsi deyil, eyni zamanda onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edə bilməsi mümkün olan məqamlardan uzaq durmasıdır. Hər iki halda o, cəmiyyətin mənafe və maraqlarının keşiyində dayanır və səngərdəki əsgərdən heç də az iş görmür”.

 

Şura sədri Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Mətbuat Şurasının sədri kimi cəbhədən xəbərlər yayan jurnalistləri, həmçinin ayrı-ayrı kütləvi informasiya vasitələrini, o cümlədən xəbər saytlarını bir daha həssas olmağa çağırıb: “Düşünürəm ki, onların həssas münasibəti ilk növbədə peşəkarlıqlarını ortaya qoyacaq. Hazırkı durumda belə fəaliyyətin yolu faktları müvafiq dövlət qurumu – Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə dəqiqləşdirməkdən, rəsmi təsdiqi olmayan məlumatları yaymamaqdan keçir. Unutmayaq ki, mahiyyətinin pozitivliyi və neqativliyindən asılı olmayaraq dövriyyəyə buraxılan məlumatların Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil etməsi mümkündür”. //APA