Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

2018/09/09 21:37
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ

 

(Bu Məcəllə Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)

 

 

 

Maddə 192. Əmək qanunvericiliyinin pozulması

 

192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-

fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə-

yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

192.3. İşçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

192.4. İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-

vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

192.5. İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.7. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə-

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

192.8. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

192.9. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə-

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.

192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə-

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 192.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

 

Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə

 

Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-

min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 194. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlillərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, yaxud dövlət büdcəsinə vəsait köçürülməməsinə görə-

min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Maddə 195. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması

 

195.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə-

min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

195.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumatın verilməməsinə görə-

səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 196. Həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına üzvlük haqqı köçürməmə

 

Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə-

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Zaqatalada “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keç

21:18
Zaqatalada “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keç

Təlim Müvəkkil Hüquq Mərkəzi  tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Təlim Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, hüquqşünas Mobil Vəkiloğlu tərəfindən aparılıb.
Təlimdə əmək müqaviləsinin mahiyyəti, onun tərəfləri, xidməti müqavilədən fərqli cəhətləri, onun necə bağlanması və xitam verilməsi, hüquqi qüvvəyə minməsi, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində baxılması, hesablanmış əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanaraq tutulması, ödənilməsi və bəyan edilməsi, vergi orqanına təqdim edilən bəyannamələrdəki işçi sayı və əmək haqları barədə məlumatların dəqiqləşdirilməsi və uyğunsuzluqların həlli, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə işəgötürənə münasibətdə tətbiq edilən məsuliyyət tədbirləri, əmək müqaviləsinin rəsmiləşdirilməsinin işçi üçün üstün cəhətləri və əlavə mənbələr barədə məlumatlar verilib.
Mobil Vəkiloğlu qeyd edib ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar.
Təlimdə iştirakçıları tərəfindən verilən suallarla bağlı və hüquqi məsləhətlər verilib.
Təlim iştirakçılarına “Əmək müqaviləsi: gələcəyə təminat” adlı maarifləndirici bukletlər paylanılıb.

Qeyri-leqal məşğulluğun aradan qaldırılması sosial təminat hüququnun əsası kimi

14:49
Qeyri-leqal məşğulluğun aradan qaldırılması sosial təminat hüququnun əsası kimi
Pv99fOsbJc13_tSəməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin  sədri
Qeyri-leqal məşğulluq əmək münasibətləri sferasında bütün dünyada aktual problemlərdən sayılır.  Azərbaycanda qeyri-leqal məşğulluq geniş yayılmış bir problemdir. Qeyri-leqal məşğulluq hansı səbəblərdən yaranır?
    1) İşəgötürənin vergidən yayınmaq məqsədi.
    2) İşçinin əmək hüquqlarının təmin edilməməsi.
İşçi ilə əmək müqaviləsinin bağlanmaması nəticəsində işçiyə hansı zərər dəyə bilər? Yaxud işçi hansı hüquqlardan məhrum ola bilər? Əmək müqaviləsi bağlanmadığı təqdirdə işçi sosial təminat hüququndan məhrum olur. Beləki  işçi sığorta olunmaq hüququ məhdudlaşdırılır. Əmək məzuniyyətinin təmin olunmur. İstehsalatda qəza zamanı kompensasiya verilmir. Həmçinin əmək stajı olmaması pensiya hüququnun təmin olunmasına maneə törədir.
   Qeyri-leqal məşğulluğun aradan qaldırılmaması ilə bağlı qanunvericilikdə hansı cəza tədbiri nəzərdə tutulmuşdur?  Azərbaycan qanunvericiliyində qeyri-leqal məşğulluğa qarşı inzibati, mülki və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən,  Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən, həmin maddədə «xeyli sayda» dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
01 yanvar 2018-ci il tarixdə qüvvəyə minmiş «İşsizlikdən sığorta haqqında» Qanunun tələblərinə əsasən, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqədilə işəgötürən müəssisə və işçilər əlavə olaraq əməkhaqqının 0,5 %-i miqdarında  əməyin ödənişi fonduna pul ödəyirlər. Qanunun müddəaları dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar olunması nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.
Qeyri-leqal məşğulluğun subyektinə çevrilməsi ehtimal olunan vətəndaşlar arasında bu kateqoriyadan olan pozuntuların sosial təminat hüquqlarının təmin olunmasında hansı pozuntulara yol verilməsinə dair davamlı olaraq təlimlər keçirilməlidir. Ümumiyyətlə qeyri-leqal məşğulluğun aradn qadırılmasında ən təsirli vasitələrdən biri məhz marifçilik işinin aparılmasıdır.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili”  layihəsi çərçivəsində dərc edilib.

Sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və qeyri-leqal məşğulluğun aradan qaldırılmasına dair müşavirə keçirildi

2018/07/30 19:53
Sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və qeyri-leqal məşğulluğun aradan qaldırılmasına dair müşavirə keçirildi

22.06.2018-ci il tarixdə Xocalı rayon İH-nin akt zalında sahibkarlıq fəaliyyətində şəffaflığın artırılması və qeyri-leqal məşğulluğun aradan qaldırılmasına dair müşavirə keçirildi.
Müşavirədə Xocalı rayon icra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbəri cənab Vahid Əliyev, müəssisə, idarə rəhbərləri, Xocalı rayon İHB-nın İƏD-si üzrə nümayəndələri və onların müavinləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan sakinlər iştirak etdilər.
Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov məruzə ilə çıxışında ölkədə məşğulluğun artırılması istiqamətində görülən işlərdən danışdı. Nicat Ələsgərov qeyd etdi ki, 569 nəfər sakin Xocalı rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır. 01.06.2018-ci il tarixə qədər 140 nəfər işaxtaran müraciət etmişdir ki, onlardan 30 nəfəri işə düzəlib. Hal-hazırda rayonun idarə, müəssisə və təşkilatları tərəfindən 55 vakant verilmişdir.
Sonra Xocalı rayon Vergilar Şöbəsinin direktoru Nurəddin Allahverdiyev məruzəsində bildirdi ki, 01.06.2018-ci il tarixə rayon üzrə VÖEN verilməklə uçota alınmış vergi ödəyicilərinin sayı 521 (38 hüquqi şəxs və 483 fiziki şəxs), faktiki fəaliyyət göstərən vergi ödəyicilərinin sayı isə 98 nəfər və ya 18,8% təşkil edir. Rayon üzrə faktiki fəaliyyət göstərən 72 fiziki şəxslərdən 7-si ictimai iaşə, 2-si istehsal sahəsi, 8-i nəqliyyat xidməti, 9-u kənd təsərrüfatı, 13-ü pərakəndə satış ticarəti, 6-sı avtomobillərə texniki xidmət, 1-i musiqiçi, 1-i sığorta faəliyyəti və 25-i isə digər qruplar daxil olmayan sair fərdi xidmətlərin göstərilməsi ilə məşğul olurlar.
Daha sonra Xocalı rayon Statistika İdarəsinin rəis müavini Siyavuş Rəcəbov məruzə ilə çıxış edərək təmsil etdiyi idarənin fəaliyyətindən, həmçinin statistik göstəricilərdən məlumat verdi. O, dedi ki, rayon üzrə 4224 təsərrüfat təşkil edir. Rayonumuzda  əmək fəaliyyəti ilə məşğul olan iqtisadi fəal əhali 7862 nəfər təşkil edir ki, bunlardan rayonumuzda idarə, müəssisə və təşkilatlardan qəbul edilən hesabatlara əsasən işləyənlərin sayı 1150 nəfərdir. İqtisadi fəal  əhalidən qalan hissəsi isə fərdi əməklə və kənd təsərrüfatı sahəsində mövsümü işlərdə, müxtəlif sahələrdə əməklə məşğul olurlar. Rayonda muzdla işləyən 1150 nəfərdən 72 nəfəri dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışırlar.
Vahid Əliyev məruzəçiləri diqqətlə dinləyərək irad və tapşırıqlarını verdi. Sahibkarların fəaliyyətində hər hansı problem olduğu halda mərkəzi və yerli icra hakimiyyətləri nəzdində yaradılmış Appelyasiya Şurasına müraciət etmələrini tövsiyə etdi.

«Qeyri-rəsmi məşğulluq insanların hüquqlarının pozulmasına və vergidən yayınmalara səbəb olur»- Nazirlik

19:52
«Qeyri-rəsmi məşğulluq insanların hüquqlarının pozulmasına və vergidən yayınmalara səbəb olur»- Nazirlik

Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Nazirliyin Nazirliyin Media və Kommunikasiya Mərkəzindən İnform.az-a verilən məlumata görə, Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdədir.

«ASAN xidmət»lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir. Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar «ASAN xidmət»in Monitorinq Mərkəzinə inteqrasiya olunub.

Əmək müqaviləsi olmadan işçilərin işəgötürənlər tərəfindən qanunsuz olaraq işlədilməsinə görə qanunvericilikdə hansı cəza tədbiləri nəzərdə tutulur? Vergi və hüquq üzrə mütəxəssis Vilayət Abbasovun bildirdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən, həmin maddədə «xeyli sayda» dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Prezident İlham Əliyevin Vergi, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər edilməsi barədə imzaladığı müvafiq sərəncamlara əsasən, ölkədə əmək müqaviləsi olmadan işçiləri işlədən işəgötürənlərə, qeyri-rəsmi məşğulluğun yaranmasında iştirakçı olan müəssisələrə qarşı qanunamüvafiq qaydada sərt tədbirlər görüləcək. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməyən təşkilat və müəssisələrin vəzifəli şəxsləri, sahibkarlar məsuliyyətə cəlb olunacaqlar. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab ediləcək. Həmin cinayət hərəkətini törədənlər vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmiş «İşsizlikdən sığorta haqqında» Qanunun tələıblərinə əsasən, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqədilə işəgötürən müəssisə və işçilər əlavə olaraq əməkhaqqının 0,5 %-i miqdarında əməyin ödənişi fonduna pul ödəyirlər. Qanunun müddəaları dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar olunması nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.