Tərtərdə vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib

2019/09/20 17:09
Tərtərdə vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk maarifləndirmə tədbiri Tərtər rayonunda baş tutub.Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərə bağlı maarifləndirilməsindən ibarətdir.

Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib.Tədbirin sonunda yerli sahibkarların sualları cavablandırılıb.Tədbir iştirakçılarına “Sahibkarın vergi bələdçisi” adlı buklet paylanılıb. Tədbirdə 25 sahibkar və müəssisə nümayəndəsi iştirakı edib.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir

2019/09/19 17:39
Azərbaycan Respublikasının Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edir

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə 20.09.2019-cu il tarixdən saat 10:00-dan 07.10.2019-cu il saat 24:00-dək həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Tələb olunan sənədlər

  • Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti.
  • Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak

  • Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.
  • Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
  • Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqlar.

İmtahanın keçirilməsi

  • Elektron ərizə vermiş namizədlər 23.10.2019-cu il tarixdən imtahana buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin internet saytından şəxsiyyət vəsiqəsinin nömrəsini, FİN kodunu daxil etməklə çap etməli, imtahana daxil olmaq üçün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini namizəd özü ilə gətirməlidir.
  • Müsabiqənin test imtahanı mərhələsi 26.10.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
  • Test imtahanı mərhələsinin suallarını əhatə (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) edən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir.

Üstünlük verilən namizədlər

  • Xarici dil biliklərinə və elmi dərəcəyə malik olanlar;
  • Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olanlar.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müvəkkil Hüquq Mərkəzi maarifləndirilmə tədbirlərini yekunlaşdırıb

2019/09/16 17:56
Müvəkkil Hüquq Mərkəzi maarifləndirilmə tədbirlərini yekunlaşdırıb
Müvəkkil Hüquq Mərkəzi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsi çərçivəsində regionda sonuncu tədbirini keçirib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bu dəfəki maarifləndirmə tədbiri Qusar rayonunda keçirilib.
Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərə bağlı maarifləndirilməsindən ibarətdir.
Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
 Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib.
Daha sonda çıxış edən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev bildirib ki, prezidentin rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində sahibkarlara bütün sahələrdə dəstək göstərilir. Bu dəstəyin bir forması da qanunvericilik ilə sahibkarlara əlavə güzəştlərin verilməsindən ibarədir.
Tədbirin sonunda yerli sahibkarların sualları cavablandırılıb.Tədbir iştirakçılarına “Sahibkarın vergi bələdçisi” adlı buklet paylanılıb.
щр

Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib

2019/09/15 17:04
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Quba rayonunda baş tutub.
 Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərə bağlı maarifləndirilməsindən ibarətdir.
Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
 Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib.
Daha sonda çıxış edən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev bildirib ki, prezidentin rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində sahibkarlara bütün sahələrdə dəstək göstərilir. Bu dəstəyin bir forması da qanunvericilik ilə sahibkarlara əlavə güzəştlərin verilməsindən ibarədir.
Tədbirin sonunda yerli sahibkarların sualları cavablandırılıb.Tədbir iştirakçılarına “Sahibkarın vergi bələdçisi” adlı buklet paylanılıb.
гдмш1

Xaçmazda vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib

2019/09/13 17:48
Xaçmazda vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Xaçmaz rayonunda baş tutub.
Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərə bağlı maarifləndirilməsindən ibarətdir.
Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
 Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib. Tədbirin sonunda yerli sahibkarların sualları cavablandırılıb.Tədbir iştirakçılarına “Sahibkarın vergi bələdçisi” adlı buklet paylanılıb. Tədbirdə 25 sahibkar və müəssisə nümayəndəsi iştirakı edib.
ыщчкфт