“Həyəcan Siqnalı”nın VİDEO-su yayıldı

2015/07/23 22:58

“Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu”nun və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Həyəcan siqnalı”layihəsinə 24 iyul tarixində start veriləcəkdir.
Layihənin əsas məqsədi gənc jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artıraraq, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq işlərinin təkmilləşdirilməsinə yardım etməkdir.
Layihə üçün çəkilən video artıq izləyicilərə təqdim olunub. Videoda jurnalistlərin etdiyi səhvlər, yaydıqları dezinformasiyalar və qanun qarşısında cavabdehlik mövzusu yer alır.
Videoda əsas ideya KİV-lər tərəfindən cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim olunması, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmasıdır.
“Həyəcan siqnalı” layihəsi çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərəcək 30 gənc jurnalistin Hərbi mətbuat tarixi, Jurnalistikada ədalət prinsipi, Müharibə jurnalistikasının qaydaları, Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı ilə bağlı nəzəri və praktiki bilikləri artırılacaq. Layihə Azərbaycanın gənc jurnalistlərinin informasiya müharibəsi müddətində qeyri-peşəkarlığını aradan qaldırılmasına, eləcədə vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiq qalaraq insanlarda təşviş yarada biləcək və ölkə maraqlarına zərbə vura biləcək informasiyaların yayılmasının qarşısının alınması yollarını təbliğ etməyə xidmət edəcək. Layihənin son günündə “Həyəcan günü” elan olunaraq gənc jurnalistlərin layihə çərçivəsində öyrəndikləri nəzəri bilikləri praktiki tətbiq etmək üçün şərait yaradılacaq.

Xüsusi qeyd: Filmdə istifadə olunan əsgər fotosu Nurfəs Əkbərova məxsusdur və «Babək Fərzəliyev» ad / soyadı şərtidir.

Layihə rəhbəri – Türkan NADİRQIZI
Ssenari müəllifi – Rəşid MUSTAFAZADƏ
Prodüsser & Baş operator – Kamil ƏMİRLİ
Operator – Elnur ƏLƏSGƏRLİ
Rejissor – Müşfiq MƏMMƏDOV