«Dövlət sirri haqqında» Azərbaycan Respublikasının qanunun əsas müddəaları

2015/08/10 23:57

Sözügedən qanun 07 sentyabr 2004-cü il  tarixdə qəbul edilmiş, 6 fəsil,  32 maddədən ibarətdir.

Qanunda  dövlət sirri  aşağıdakı kimi açıqlanır:

dövlət sirri — dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.  Eyni zamanda dövlət sirri təşkil edən məlumatların daşıyıcılarıkimi dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələr qeyd olunur.

Qanunun 5-ci maddəsində dövlət sirri təşkil edən məlumatların siyahısı aşağıdakı kimi verilir:

1) Hərbi sahədəki məlumatlar

2) İqtisadi sahədə dövlət sirrləri

3) Xarici siyasət sahəsindəki məlumatlar

4) Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatlar.

Hər 4 bölmə üzrə konkret sahələr qanunda göstərilir

Qanunun 2-ci fəsilində isə məlumatların dövlət sirrinə aid edilməsi, onların məxfiləşdirilməsi və məxfiliyin açılması ilə bağlı maddələr yer alır.

3-cü fəsildə isə dövlət sirri təşkil edən məlumatlar barəsində cərancam verilməsi ilə bağlı maadələ yer alır.

Həmin fəsildə Dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatları bir-birinə verməsi, dövlət sirri təşkil edən məlumatların birgə və başqa işlərin görülməsi ilə əlaqədar verilməsi, dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi, hüquq münasibətləri subyektlərinin funksiyaları dəyişdikdə dövlət sirri təşkil edən məlumatların mühafizəsi ilə haqqında müdüəlar vardır.

Qanunun 4-cü fəsilində dövlət sirrini mühafizə orqanları, vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması, dövlət sirri ilə işləməyə buraxılmanın xüsusi qaydaları, vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar, vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri ilə işləməyə buraxılmasına xitam verilməsi şərtləri, dövlət sirri ilə işləməyə buraxılan və ya əvvəllər buraxılmış vəzifəli şəxsin və ya vətəndaşın hüquqlarının məhdudlaşdırılması, vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılmasının təşkili, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına buraxılması və informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılmasının hüququ təsviri verilir.

5-ci fəsildə dövlət sirrinin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi, 6-cı fəsildə isə dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edilir.

Sonuncu fəsildə isə 2 maddə  ilə  dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət və dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası və idarə nəzarəti ilə bağlı müddüəlar yer alıb