Müvəkkil Hüquq Mərkəzi təqdimat mərasimi keçirib

2015/08/14 18:50

Bu gün Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən «Milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə təşəbbüslərin dəstəklənməsi» layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirib.

 Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Səməd Vəkilov bildirib ki, layihənin əsas məqsədi KİV-də və vətəndaşlar arasında milli təhlükəsizlik və hərbi sirlərin qorunması üzrə maarifləndirmə işinin təşkil olunmasıdır.

 Bu baxımdan media nümayəndələri və sadə vətəndaşlar ölkəmizin müharibə şəraitində, ərazilərimizin 20%-nin işğal altında olmasını nəzərə alaraq, milli təhlükəsizlik və hərbi sirlər ilə bağlı məsələlərdə diqqətli olmasını qeyd edən təşkilat rəhbəri qeyd edib ki, ötən ilin sonlarında və bu ilin son aylarında cəbhə bölgəsində vəziyyətin gərginləşməsi zəminində cərəyan edən proseslər respublikada bir çox kütləvi informasiya vasitələrinin — xüsusən də elektron medianın ekstremal şəraitdə informasiya siyasətinə hazır olmadığın göstərdi.

 S.Vəkilovun sözlərinə görə, həyata keçirilən layihə çərçivəsində www.muvekkil.azsaytında milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı qanunvericilik bazası yaradılıb. Bazaya daxil olan qanunlar haqqında onların əsas müddəalarını əks etdirən xülasələr hazırlanıb.

Eyni zamanda müxtəlif eksperlərin məqalələri toplanaraq bazaya yerləşdirilib. Bundan başqa milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı xəbərlər də bazaya daxil edilib.

 Layihə çərçivəsində aparılan monitorinq onu göstərir ki, hal-hazırda istər sosial şəbəkələrdə, istərsə də elektron mediada milli təhlükəsizlik və hərbi sirlərin qorunması ilə bağlı hər hansı mənəvi və etik normaların gözlənilməsi mövcud deyil. Bu normaların qəbulu və işlək mexanizmə çevirilməsi üçün səlahiyyətli dövlət qurumları ilə jurnalistlərin təmsil olunduğu ictimai təşkilatların birgə çalışması vacibdir.

Bu qaydalar hər hansı hüquqi cəza və məhkəmə yolu ilə deyil, humanitar istiqamətdə formalaşdırılmalıdır ki, söz və mətbuat azadlığı, eyni zamanda vətəndaş cəmiyətinin inkişafına maneə yaranmasın.

 Bu baxımdan Müvəkkil Hüquq Mərkəzi hesab edir ki, həmin tərəfdaş qruplar tərəfindən hərbi sirlərin yayılması ilə bağlı xüsusi kriteriyalar müəyyənləşməlidir. Bu kriteriyalar dövlət orqanlarının təklifi ilə, jurnalist təşkilatları, redaktorlar və ziyalıların birgə konsesusu əsasında qəbul edilməlidir.

Bu kriteriyaların hazırlanması zamanı mütləq formada informasiyanın çatdırılması vaxtı həm söz və mətbuat azadlığı təmin olunması, həm də hərbi sirlərin yayılmasının aradan qaldırılması nəzərdə tutulmalıdır.

 Layihənin təqdimatından sonra mövzü ilə bağlı müzakirələr aparılıb.

 Tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədr müavini Ramil Əzizov bildirib ki, gələcəkdə maarifləndirmə üzrə fəaliyyət regionlarda inkişaf etdirilməlidir. Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu I Qarabağ müharibəsi zamanı hər hansı kəşfiyyat məlumatını əldə etmək üçün 7-8 kəşfiyyatçının günlərlə fəaliyyət göstərdiyini bildirdi. İndi isə, biz həmin kəşfiyyat məlumatlarını düşmənə sosial şəbəkələrin köməkliyi ilə ötürürük.

AzərbaycanJurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın fikrincə, bu istiqamətdə güclü təbliğat aparılmalıdır ki, vətəndaşlar məsələnin ciddiliyini başa düşün. Əsasən də bu təbliğat orta məktəbdən başlamalıdır.

 “TürkiyəUniversitetləri Məzunları”İctimai Birliyinin sədri Çingiz Bayramov layihənin gələcəkdə inkişaf edərərk bu sahə ilə bağlı xüsusi Mərkəzin yaradılması zərurətindən danışdı.

 Hüquqşünas Əkbər Bağırov jurnalistikada ixtisaslaşma labudlüyünü qeyd edərək, bu baxımdan hərbi jurnalistikanın inkişafı ilə bu sahədə problemlərin aradan qaldırılmasının mümkünlüyünü qeyd etdi.

 Tədbir iştirakçılarından İnqilab Şirinbəyli, Gülər Qasımova , Tokay Bayramov, Mübariz Priyev, Səbinə Novruzzadə, Əli Fərhadov, Samir Pənaliyev, Aysəba Mirzəyeva mövzü ilə bağlı təkliflərlə çıxış etdilər.

 Bu təkliflər sırasında sosial çarx çəkilişi, orta məktəblərdə maarifləndirmə işinin təşklii, qanunların sərtləşdirilməsi və işlək mexanizmə çevrilməsi, TV-lərin bi istiqamətdə fəaliyyətinin genişləndirilməsi və s. səsləndi.