“Konstrakşın Klass” MMC şirkətindən – MÜSAHİBƏ

2015/11/22 12:30

Today`s Baku  “Konstrakşın Klass” MMC şirkətinin təsisçilərindən Elşən Məmmədli ilə olan müsahibəni təqdim edir.

 

  •     Hörmətli Elşən müəllim, zəhmət olmasa tikinti şirkətinizin fəaliyyəti ilə bağlı bir qədər məlumat verərdiniz?

 

“Konstrakşın Klass” MMC şirkəti 2013 – ci ildən yaranıb, fəaliyyətinə yüksək mərtəbəli yaşayış binaları
tikməklə davam edir. Hal- hazırda şəhərin mərkəzində, əlverişli yerlərdən sayılan Nəsimi rayonu , Mirqasımov küçəsi 972-ci məhəllə ünvanında bir bloklu hünüdür mərtəbəli yaşayış binası tikilir. Yaşayış binası 16 mərtəbədən ibarətdir, dörd mərtəbəyə qədər qeyri yaşayışdır , on iki mərtəbəsi isə yaşayış üçün nəzərədə
tutulmuşdur. Hər mərtəbədə altı mənzil var, iki ədəd 2 otaqlı, iki ədəd 3 otaqlı, iki ədəd 4 otaqlı mənzillərdir.

  • Bugün Bakı şəhərində kifayət qədər binalar tikilir, sizin binanı digər binalardan nə fərqləndirəcək?

Çox gözəl və yerində sual verdiniz (gülür). Bakı şəhərinin ən əlverişli ərazisində Nəsimi rayonunda yerləşməsi və sakinlərin rahat həyat tərzi üçün yaşayış binasının təchizatı ( mərmər blok ,səssiz və sürətli sigma liftləri, şəhərə gözəl panoraması) yüksək standartlarla təmin edilmişdir. Bundan əlavə binaya xüsusi təbii ağ daşlarla klassik görünüş və zövq oxşayan fasad örtüyü vurulması binanın dizaynının unikal görünməsini təmin edir.

  • “Konstrakşın Klass” MMC –nin yaşayış binasından mənzil almaq istəyənlər ipoteka krediti vasitəsi ilə ala bilirlərmi ?

Əhalinin mənzillərə olan tələbatını nəzərə alaraq, “Konstrakşın Klass” MMC olaraq mənzillərin ipoteka yolu ilə alınması üçün addımlar atırıq. Bunun üçün AzərTürkBankla danışıqlar aparılır, yaxın zamanlarda mənzillərin ipoteka kreditləri ilə satışı üzrə müsbət nəticələr əldə edilməsi gözlənilir. Mənzil almaq istəyən hər kəs yaxın zamanlarda ipoteka kreditindən faydalanaraq yeni məzillərinə sahib olacaqlar. Hal-hazırda mənzil satışı nəğd formada həyata keçirilir.

  • Bildiyiniz kimi yeni tikilən yaşayış binaların əksəriyyətində standart 2 otaqlı mənzillər 70-80 kv.m.-dən, 3 otaqlı mənzillər isə 120-130 kv.m-dən başlayır. kompleksində layihələndirmə üzrə hansı növ mənzillər mövcuddur?

Bir daha qeyd etmək istərdim ki, “ Konstrakşın Klass” MMC –nin tikdirdiyi yaşayış binasında 2-3-4 otaqlı mənzillər mövcuddur. İki otaqlı mənzillər 90-110 kv.m.-dən ,üç otaqlı mənzillər 120-130 kv.m-dən, dörd otaqlı mənzillər isə 200-300 kv.m-dən   başlayır.

  • Binanın təhvil verilmə tarixini və əlavə olaraq mülkiyyətçilər tərəfindən mənzillərdə təmir işlərinin başlanmasına icazənin verilmə zamanını qeyd edə bilərsinizmi?

Bildiyiniz kimi,yeni tikilən binalarda mənzil satışının reallaşması, layihə üzrə yaşayış binası təhvil verilmədən həyata keçirilə bilər. Bildiyimiz kimi bu proses daxili müqavilə ilə həyata keçirilir . Hal- hazırda yaşayış binasında sadəcə santexnika işləri qaldığı üçün, layihə üzrə 2016 –ci ilin may ayında tam təhvil verilməsi nəzərdə tutulur.

  • Gələcəkdə digər yaşayış binalarının tikintisinə başlamaq niyyətiniz varmı, varsa hansı ərazilərə daha çox maraq göstərirsiniz?

Əlbəttə gələcək planlarımız var, amma indi açıqlamaq istəməzdim. Növbəti yaşayış binalarımız, ərazi olaraq böyük ehtimal yenə də Nəsimi rayonunda tikilicək .

  • Azərbaycan Prezidenticənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində, son zamanlar sahibkarlara xüsusi diqqətini göstərdi. Bir sahibkar kimi bu haqda nə deyə bilərsiz?

Son dövürlərdə cənab prezident İlham Əliyevin apardığı islahatlar biz sahibkarlar tərəfindən çox yüksək addım kimi qiymətləndirilir və sahibkarlıq fəaliyyətimizdə müsbət nəticələrini verir .

Buna misal olararaq Sahibkarlar Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsi barədə qərarlarını göstərmək olar.   Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlar      nəinki sahibkarlar, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, bizi daha fəal işləməyə həvəsləndirir.

    

        Təşəkkür edirik,işlərinizdə uğurlar!

 Müsahibəni hazırladı: Gülər Qasımlı