İnternat məktəblərinin futbol komandaları arasında dostluq görüşü keçirilib

2016/03/02 20:45
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 4-li İnternat Məktəbinin futbol komandası ilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin futbol komandası arasında Dostluq görüşü keçirilib.
Komandalar meydançaya futbol marşının sədaları altında daxil oldular. Oyundan qabaq Azərbaycan Respublikasının dövlət Himni səsləndirildi.

Məktəbin direktoru Vəfa Seyidova hər iki komandanı salamlayaraq onlara uğurlar arzuladı və bu cür görüşlərin əhəmiyyətindən danışdı. Sonra komandaların oyununa start verildi.İlk hissədə qonaq komanda hesabı öz xeyrinə dəyişdi. İkinci hissənin ortalarında komandamız təşəbbüsü ələ alaraq qonaqların qapısından 3 top keçirdi.
Oyundan sonra komandaların kapitanlarına diplomlar təqdim olundu. Sonra hər iki internatdan fevral ayı ərzində ad günü olan uşaqlarının Ad gününü bərabər qeyd edib, şənləndilər. Vəfa Seyidova qonaq gələn uşaqların hamısına hədiyyələr təqdim etdi.