Mədəni irsimizin qorunmasi və manqurtlaşdirilmiş gənclik!

2016/03/27 15:37

S_VekilovAzərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra öz ideloji yönü- münü müəyyənləşdirərkən məhz Azərbycançılıq idologiyasını özünə milli idelogiya seçmişdir. Bu ideologiyanın əsrin əvvələrində dövləti ideologiya kimi seçilməsi hazırki dövrdə isə yenidən bu idelogiyaya qaydış bütün hallarda uğurlu sayılmalıdır. Türkçü- lük, müasirlik, islam dəyərləri özündə ehtiva edən klassik Azərbyacançılıq idelogiyasının tətbiq edilməsi Azərbaycandan kənarda ya- şayan azərbyacanlıların məhz bir etnik-mə- dəni aurada birləşdirilməsini zəruri edir. Bu mənada Azərbaycanlıların daha çox toplum halında yaşadığı Gürcüstan ərazisi daimi milli özünəməxsusluğun qorunması və dağıdılması dilenması qarşısındadır. Etnik mədəni müstəqillik milli özünəməxsusluğun başlıca amilidir.

Tarixçi, etnoqraf Lev Qumiliyovun yanaşmasına görə etnosun əsas atributu dil ünsürü olması nəzəriyəsi bütün hallarda özünü doğruldur.Dil mədəniyyətin bütün çalarlarını özündə ehtiva edən və milli mənsubiyyətin bir nömrəli atributudur. Öz dilində danışmadan məhz həmin millətə mənsub olduğunu iddia etmək inandırıcı deyil. Mədəniyyət mütəxəsislərinin yekdil fikrinə görə kim hansı dildə dünyaya göz açırsa ömür boyu həmin dilin mədəni aurasında və təsirində olur.Sonradan müxtəlif dilləri öyrənsə də həmin fərdi əksəriyyət hallarda öz milli köklərinə və mədəniyyətinə bağlılığından imtina etmir.

Lakin son dönəmdə Gurcüstanda müxtəlif instutlar tərəfindən ilə yetşdirilməkdə olan bir sürü manqurtlaşdırılmış azərbaycan gəncliyi artıq bu sahədə həyacan təbili çalmağa əsas verir. Manqurtlaşdırılmış gənclik məhz öz dilində imtina olunmağa sövq edilir. Bu isə həmin projenin böyük ustalıqla haqırlandığına işarə verir.

Dnyanın böyük bir coğ- rafiyasını istisnasız olaraq əhatə dairəsinə alan BMT-nin və digər beynəlxalq institutların onlarla konvensiyaları məhz mədəni müxtəlifliyi özündə ehtiva etməklə həmçinin mədəni müxtəlifliyin qorunmasını dövlətlərin üzərinə öhdəlik olaraq qoyur. Mədəni müxtə- lifliyi yaşatmağın ən bariz yolu isə milli dil məsələsidir. Məhz milli dildən imtina halına gətirilmiş gənclik tam manqurtlaşmağa doğ- ru getdiyinin əksini heç kim iddia ede bilməz. Gürcüstanda fəaliyyət göstərən bir qrup saytlarda Azərbaycan gəncliyi öz dilində təhsil almaq istəməməsi haqqında müraciətlərin tirjlanması Gürcü dövlətinin assimiliyasiya maraqları ilə tammailə çulğalaşır. Mədəni müxtəlifliyi qorumaqla bağlı dövlətin götürdü- yü öhdəliklər isə artıq kölgədə qalır. Manqurtlaşmış öz milli kimliyindən dinindən dilindən soy-kökündən imtina edən sürü halında yetişdirilmiş Azərbaycan gəncliyi bu sahədə aktiv fəaliyyət göztərir. Öz millətinə xor baxmaqla türk kimliyindən imtina edir.Milli natamamalıq kompleksinin formalaşdırılması ilə bağlı aparılmış bir neçə əsrlik davamlı iş artı “bəhrəsini” verir. Hazırki manqurt nəsil isə informasiya texnologiyaları ilə silahlanmış bir gənclikdir.

Onlar saytlar təsis edir, media qurluşları yaradır, youtubedə yazılar yerləşdirir və üstəgəldə manqurtlaşmaq təbliğatı aparır. Həyacan təbili çalmaq vaxtı çoxdan keçib. Biz ən azı bu prosesi durdurmalıyıq. Öz milli kimliyindən dinindən-dilində imtina edən manqurtlaşdırma siyasətinin qarşısını almaq məqsədi ilə milli özünüdərk prosesini sürətləndirməliyik.

Hüquqşünas Səməd Vəkilov

||Müvekkil qəzeti № 22, 15 noyabr 2015-ci il -Tbilisi

sv

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

svvvvvv