Türkiyə Cumhuriyyəti Anadolu Universitetinin Rektorun Azərbaycana başsağlığı verdi

2016/04/06 21:51

Без имени-1Anadolu Universitetinin Rektoru Prof.Dr. Naci Gündoğan, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov ilə telefon əlaqəsi saxlayaraq başsağlığı verib.

 Anadolu Universiteti Rektoru Prof.Dr. Naci Gündoğan öz adından və bütün Anadolu Universitetinin professor-müəllim heyəti adından mesajında bu ifadələrə yer verib: “Azərbaycanımızın haqlı davasında hər zaman qardaşlarımızın yanında olduğunu bildirir, son olaylarda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza da şəfalar diləyirəm.” Başbakan Davutoğlunun da bildirdiyi kimi, Türkiyə 78 milyon olaraq Azərbaycanın yanındadır.
Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmov dəstək və həmrəyliyә görә,  Anadolu Universiteti Rektoru Prof.Dr. Naci Gündoğana təşəkkür edib.