Şihabəddin Ömər Sührəvərdi

2016/07/17 19:13

11692580_1126791477347521_2050951073109159369_n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şihabəddin Ömər Sührəvərdi

Görkəmli Azərbaycan hüquqşünas alimi, sufi nəzəriyyəçi, ictimai-siyasi xadimdir.
Əbuhəfs Sührəvərdinin zəngin yaradıcılıq yolu keçmiş, əsərlərindən “Biliklərin töhfələri” (“Əvarif əl–maarif”) kitabının dəfələrlə Misirdə, 1966–cı ildə Beyrutda,“Duaların şərhinə dair bəndələrin xəzinəsi” (“Kənz əl–ibad fi şərh əl–aurad”) adlı əsəri 1908–ci ildə Kazanda, “Ürəkləri sevgiliyə qovuşmağa aparan cazibə” (“Cəzb əl-qülub ila müvasələt əl–məhbub”) əsəri isə 1910–cu ildə Hələbdə çap edilmişdir.Mütəfəkkirin kitablarının əksəriyyəti dünyanın müxtəlif ölkələrində əlyazması şəklində saxlanılır. Ş. Sührəvərdi ”İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası”, “Quranın təfsirinə dair bəyanın pis əməli”, “Sufi libası geyməyə dair traktat”, “Yollara dair” və s. əsərlərin müəllifidir.
Şihabəddin Əbuhəfs Sührəvərdinin sufi təlimi onun övladları və ardıcılları tərəfindən inkişaf etdirilmiş, bütün müsəlman Şərqi ölkələrində nüfuz qazanmışdır. Sührəvərdiyyə sufi təriqəti yalnız ərəb ölkələri, Kiçik Asiya, Azərbaycan, İran, Orta Asiyada deyil, habelə Hindistanda da geniş yayılmışdır. Əsrlərin ideya sınağından keçmiş bu təlim öz varlığını bir sıra ölkələrdə müasir dövrə qədər saxlamışdır.