Balkanlarda və Dağlıq Qarabağda BMT-nin ikili siyasəti

2016/08/11 14:16

1469178703_12829094_439888119539215_1800018236260513956_o-1Müharibə və sülh məsələsi daim bəşəriyyətin diqqət mərkəzində olmuş insanları düşündürmüşdür.Tərəqqipərvər bəşəriyyət əsrlər boyunca müharibələrin qarşısını almaq arzusu ilə yaşamış, insanları qanlı müharibələrin iztirab və məşəqqətindən xilas etmək üçün yollar axtarmışdır.


Xalqların bu arzusuna uyğun olaraq ilk daimi və ümumi xarakterli beynelxalq təşkilat olan “Millətlər Cəmiyyəti birinci dünya müharibəsindən sonra Paris sülh konfransında (1919-1920-ci illər) təsis edilmişdir.
Lakin nizamnamənin 10-cu məclisinə əsasən pəsmən sülh və təhlükəsizliyi təmin etmək üçün yaradılan millətlər Cəmiyyəti qəbul etdiyi öhdəlikləri yerinə yetirə bilmədiyi üçün iflasa uğradı və 1946-cı ildə pəsmi surətdə ləğv edildi.
Dövrün və zamanın tələblərinə cavab verən yeni bir təşkilatın yaranması zərurəti meydana çıxdı. Beləliklə, 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin iştirakı ilə yeni bir beynəlxalq qurumun –Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi təsdiq və qəbul edildi.
Nizamnaməyə əsasən, Birləşmiş Millətlər Təşkilatı (BMT) də öz növbəsində qarşısına bütün dünyada sülhü təmin etmək və beynəlxalq təhküsəzliyi qorumaq kimi nəcib bir məqsəd qoymuşdur.
Belə isə görək BMT qəbul etdiyi norma və öhdəlikləri həmişə yerinə yetirə bilirmi?
1947-ci ildə Böyük Britaniyanın təklifi ilə Fələstin ərəbləri və yəhudiləri arasındakı münaqişəni aradan qaldırmaq üçün BMT Baş Məclisində “Fələstin məsələsi”nin gündəliyə salınmasına səs verildi.
Noyabr 1947-ci ildə Baş Məclis İordan çayı sahilində iki dövlətin – Yəhudi və Ərəb dövlətinin yaradılması haqqında təklifə müsbət səs verdi.
Bundan az sonra (14 may 1948-ci il) heç bir dövlətçilik ənənəsi, ordusu, silahlı qüvvəsi olmayan İsrail dövləti yarandı və o, Fələstin ərəblərinə ayrılmış ərazini işğal etdi.(hələ bu az imiş kimi, başqa ərəb dövlətlərinin ərazisini də işğala məruz qoydu) İndi budur, 1947-ci ildən davam edən Ərəb-İsrail münaqişəsi nizama salınmır ki, salınmır.
Yalnız 1991-ci ilin avqustunda “Sovet İmperiyası” dağıdıldıqdan sonra Ərəb –İsrail münaqişəsində bir qədər sərinlik yarandı. ABŞ (diqqət edin, BMT yox ABŞ) Yaxın Şərqdə öz mövqeyini möhkəmlətmək məqsədi ilə İsraili ərəblərin muxtariyyatını tanımağa və sülh müqaviləsi bağlamağa məcbur etdi.
1990-cı il avqustun 2-də İraq qoşunları Beynəlxalq hüquq normalarını pozaraq Kuveyt dövlətinin ərazisinə soxuldu. Öz növbəsində BMT İraq qarşısında Beynəlxalq hüquq normalarına riayət etmək tələbini qoydu və tez bir zamanda istəyinə nail oldu. İsrail təcavüzünə qarşı çox aciz görünən BMT İraq təcavüzünə qarşı qəti mövqe tutdu. BMT –dən bir silah kimi istifadə edən ABŞ və Qərb dövlətləri öz maraqlarını təmin etmək üçün İraqı zor gücünə Kuveytdən getməyə məcbur etdilər.
İndi də Yuqoslabiyanın dağılması ilə əlaqədar Balkanlarda baş verən hadisələrə nəzər salaq.
İlk baxışdan adama elə gəlir ki, dünya ictimaiyyəti, Beynəlxalq təşkilatlar, o cümlədən ,BMT Bosniya hersoqovina məsələsinə seyirci mövqe tutur. Lakin hadisələri dərindən analiz etdikdə bunun əksini görürük.Məsələ ondadır ki, yaranmış vəziyyətdən istifadə edən bir sıra dövlətlər öz mövqeylərini daha da möhkəmlətmək istəyirlər. Bildiyiniz kimi hələ çox-çox əvvəllər Balkanlarda həmişə müxtəlif dilli xalqlar bir-birini sıxışdırmağa çalışıb.Misal olaraq german və roman dilli xalqlar slavyanları, bunların üçü birlikdə Osmanlı türklərini. Eyni zamanda Balkanlarda pravoslav, katolik və müsəlman dinlərinin də mübarizəsi gedir.Bütün bunlardan istifadə edən germandilli almanlar, ingilislər, romandilli fransızlar və çoxdan bəri arzusunda olduqları bir rəqibləri slavyandilli rusları bölgədən sıxışdırıb çıxarmaq, öz geosiyasi vəziyyətini möhkəmləndirmək istəyirlər.
Digər tərəfdən isə yaranmış vəziyyətdən istifadə etməyə çalışan Türkiyə; Birinci cahan savaşında (1914-1918) itirdiyi mövqeləri, qismən də olsa, qaytarmağa çalışır.Nəticədə isə Avropada Albaniyadan sonra ikinci bir müsəlman dövlətinin yaranmasını istəməyən xristian dünyası müsəlmanların serblər tərəfindən qırılmasını sükütla izləyirlər.Bosniyanın isə bir dövlət kimi məhv olmasına çalışırlar.
Nizamnaməsində dünyada sülhü, əmin-amanlığı və sərhədlərin zor gücünə dəyişdirilməməsini rəhbər tutan BMT isə Amerikanın ağzına baxır.Nəhayət Birləşmiş Millətlər təşkilatının Azərbaycan və Ermənistan arasında gedən müharibədə tutduğu mövqe barədə 1987-ci ilin fevralında başlayan Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Rusiyanın Azərbaycana təzyiq göstərməsi üçün bir vasitəsyə çevrilib.Nədənsə bizə elə gəlir ki, informasiya blokadasına alındığı üçün təcavüzə məruz qalan Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə, Beynəlxalq təşkilatlara çatmır və onlar birtərəfli mövqe tuturlar.Bəyəm BMT-də təmsil olunan dövlətlərin nümayəndələrinə, o cümlədən , BMT baş katibi Butros Qaliyə aydın deyil ki, Azərbaycanın sərhədləri daxildə 4,4 min kvadrat km ərazidə yerləşən və cəmi əhalisi 100 min olan erməni icması bütöv bir dövlətə, 7 milyon əhaliyə qarşı 6 il davamlı müharibə apara bilməz.Məsələ burasındadır ki, Balkan müharibəsində olduğu kimi, Qarabağ müharibəsində də bir çox dövlətlərin iqtisadi və geosiyası maraqları gizlənir. Belə olmasaydı, Ermənistan BMT-nin 1974-cü il dekabr ayının 14-də Baş Məclisin XXIX sessiyasında “Təcavüzün tərifi haqqında” 8 maddədən ibarət qəbul etdiyi qətnaməyə uyğun olaraq təcavüzkar dövlət kimi tanınardı.Halbuki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdə Ermənistanın təcavüzkarlığı qeyd edilmir.
Ermənilər Şuşanı, Laçını işğal edərkən BMT heç səsini də çıxarmadı.Yalnız Kəlbəcərin işğalından sonra qətnamə və qərar qəbul etdi.Buda onu göstərdi ki, BMT və digər nüfuzlu təşkilatlar ermənilərin işğalçılığına haqq qazandırdı.
Beləliklə, Birləşmiş Millətlər Təşkilatının yarandığı gündən bu günə kimi olan praktiki fəaliyyətinə nəzər salıb dərindən təhlil etdikdə aydın olur ki, BMT zahirdə beynəlxalq aləmdə sülhü, əmin-amanlığı qorumaq üçün yaradılsa da, əslində başqa məqsədlə böyük və güclü dövlətlərin maraqlarını təmin etmək üçün yaradılmışdır.
Mobil Vəkiloğlu,

Müvəkkil Hüquq Mərkəzinin sədr müavini