Bərdə və Tərtərdə sahibkarlar üçün təlimlər keçirilib.
Müvəkkil Hüquq Mərkəzi Bərdə və Tərtər rayonunda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar üçün təlimlər keçirib.
Təlimlərdə 24 sahibkar iştirak edib.
Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub.
Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.
Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla »Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri» və «Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili» mövzusunda aparılıb.
Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 2 qrup üzrə komanda çalışmalarında iştirak etmiş və təqdimatlar hazırlamışlar.
Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.