Sahibkarların hüquqi mənafelərinin qorunması aspektindən “Açıq hökumətin” təşviqi uzrə HESABAT

2016/12/04 20:13

Sahibkarların hüquqi mənafelərinin qorunması aspektindən “Açıq hökumətin” təşviqi uzrə HESABAT

Layihə çərçivəsində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sayatları iki istiqamətdə araşdırılmışdır.

1. Şəffaflıq

2. İnformasiyanın əl çatanlığı.

Birinci istiqamətdə əsasən saytlarda qanunvericiliklə bağlı həyata keçirilən dəyişikliklərin nə dərəcədə operativ çatdırılması tədqiq olunmuşdur. Monitorinq zamanı sahibkarlarla birbaşa işləmək vəzifəsi olan Vergilər Nazirliyi öz saytında sahibkarlarla bağlı Prezident sərəncam və fərmanları və digər sərəncamverici qurumların normativ aktlarını operativ olaraq yerləşdrmişdir. O cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Przedentin 26.10.2015-ci il tarixli Fərmanından sonrakı həssas dönmədə operativlik təmin olunmuşdur.

Layihə dönəmində Vergi Məcəlləsinə müxtəlif məzmunda edilmiş dəyişikliklər. O cümlədən sahibkarlıqla bağlı İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər vəsahibkarlıq fəaliyyəti ilə bağlı digər normativ aktlar Vergilər Nazirliyinin saytına yerləşdirilmişdir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 381-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında(30.11.2016)

«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 298-VQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında(12.07.2016)

«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 292-VQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında(23.06.2016)

«Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında(23.06.2016)

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 226-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında(01.06.2016)

Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə(04.10.2016)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (N 1047)(23.09.2016)

İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında (N 1046)(15.09.2016)

«Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası»nın təsdiq edilməsi haqqında(12.07.2016)

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə(23.06.2016)

«Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə(09.06.2016)

Bundan başqa layihə çərçivəsində “Əqdlərin bağlanmasının hüquqi aspektləri və mühasibatlıqla bağlı” sahibkarlar üçün nəzərdə tutulmuş təlimlər zamanı sahibkarların bizə ünvanladığı müxtəlif səpkili müraciətlər sahibkarlıqla birbaşa bağlılığı olan Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı bəzi nüansları üzə çıxardmışdır. Regionlarda olan bəzi sahibkarların yüksək texnologiyaların imkanlarından lazımi səviyyədə istifadə edəbilməməsi bir çox hallarda onların qanunvericiliklə bağlı dəyişikliklərdən operativ məlumatlar əldə edə bilməməsinə gətirib çıxarır bu hal isə onların fəaliyyətinə mənfi təsir edir. Hesab edirik ki, “ Açıq hökumətin” əsas prioritetlərindən olan şəffaflıq və informasiyanın çatımlığı amili nəzərə alınmalıdır. Bu mənada adıçəkilən qurumlar sahibkarların informasiya təminatını həyata keçirmək üçün təkcə öz saytlarında məlumat yerləşdirməklə kifayətlənməməli regional qurumları vasitəsi ilə bir başa sahibkarlarla əlaqələr qurmalı və onları ödənişsiz yazılı qanunvericilikdə olan dəyişikliklərlə bağlı informasiya ilə təmin etməlidir. Bundan başqa regionda fəaliyyət göstərən sahibkarların yüksək texnologiyalardan istifadə imkanları bacarığı tədqiq olunmalı və nəzərə alınmalıdır.

Vergilər Nazirliyinin saytında vətəndaşların müraciəti üçün video və onlayın müraciətlər edilməsi üçün saytda ayrıca bölmə yaradılmışdır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin saytında layihə dönəmində Prezident tərəfindən qəbul edilmiş Fərmanlar operativ şəkildə sayta yerləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqındaƏsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı [07/090/2016]

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqındaƏsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı [30/9/2016]

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Fərmanı [12/09/2005]

“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikasının Fərmanı [13/12/2016]

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Fərmanı [12/7/2016]

Saytda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına müraciət edilməsi üçün ayrıca bölmə yaradılmışdır. Lakin Apellyasiya Şurasının üzvlərinin kimliyi barədə məlumatlar yerləşdirilməmişdir.

Sahibkarlara Dəstək bölməsiində yalnız bir məlumat yerləşdirilmişdir.Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilmişdir.

Bundan başqa saytın ayrı-ayrı bölmələrində həmin sahələrə uyğun qanunvericilik aktları yerlşədirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyininsaytında qanunvericilik bölməsində Azərbaycan Respublikasının Konstitusiyası, Prezidentin fərman və sərəncamı, Nazirlər Kabinetinin qərarları o cümlədən həmin nazirliyin qəbul etdiyi təlimat və qaydalar əksini tapmışdır.

İctimaiyyətlə Əlaqələr bölməsində

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” nın 1.1-ci bəndinəuyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 21 fevral 2014-cü il tarixli 11/7-27 nömrəli əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiriBabayev Elman Şahbaba oğlu Nazirliyin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib. Həmin şəxsin əlaqə üçün e-mail qoyulmuşdur.