Pensiyaçı vəfat etdikdə — Ailəsinə nə qədər müavinət verilir?

2017/06/27 12:33

Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə nə qədər dəfn üçün müavinət verilir?

Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ATV.az-a verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir:

“Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Yəni hazırda əmək pensiyaçısı vəfat etdikdə ödənilməli olan dəfn üçün müavinətin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində, yəni 330 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində həmçinin bildirilir ki, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün birdəfəlik müavinət həmin şəxslərə ödənilir”.