Müvəkkil Hüquq Mərkəzi maarifləndirici görüşləri davam etdirir

2017/07/23 23:32
İyulun  22-də “Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsində müharibə və əmək veteranları ilə hüquqi -maarifləndirici görüş keçirilib.
 
Görüşü giriş sözü ilə  açan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək bildirmişdir ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev çıxış edərək, Müvəkkil Hüquq Mərkəzi ilə rəhbərlik etdiyi təşkilatın 3 ildən artıqdır ki, əməkdaşlıq etdiyini və bu müddətdə təşkilatın hüquqşünasları tərəfindən onlar təmənnasız hüquqi xidmətlərin göstərilməsin xatırladaraq, öz təşəkkürünü bildirib.
Daha sonra Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və təşkilatın hüquqşünası Mobil Vəkiloğlu müharibə və əmək veteranlarının  qanunvericiliklə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdi.
Görüşdə müharibə və əmək veteranlarını  maraqlandırlan  sualları cavabladırıldı.