Qarabağ Qaziləri ilə görüş keçirilib

2017/08/10 20:27
İyulun  27-də “Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində  “Qarabağ qaziləri” birliyində Qarabağ müharibə veteranları ilə hüquqi -maarifləndirici görüş keçirilib.

Görüşü giriş sözü ilə  açan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək bildirmişdir ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Təşkilat rəhbəri bildirib ki, layihə dövründə xeyli həssas sosial qruplar üçün hüquqi yardım təşkil edilib və bu insanlar arasında Qarabağ qaziləri də var.

“Qarabağ Qaziləri” birliyinin sədri Etimad Əsədov isə çıxışında göstərilən hüquqi xidmətə görə layihə icraçılarına təşəkkürünü bildirib.
Daha sonra Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və təşkilatın hüquqşünası Mobil Vəkiloğlu Qarabağ   müharibəsi əlilləri və veteranlarına qanunvericiliklə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdilər.
Görüş diskussiya və sual — cavab formatında davam etdirilib.