Layihə çərçivəsində 20 yanvar əlilləri ilə görüş keçirilib

2017/08/10 20:31
Avqustun 5-də   “Müvəkkil” Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsi çərçivəsində  “20 yanvar” ictimai birliyində  birliyində  20 yanvar əlilləri ilə hüquqi -maarifləndirici görüş keçirilib.
Görüşü giriş sözü ilə  açan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov çıxış edərək bildirmişdir ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Təşkilat rəhbəri bildirib ki, layihə dövründə xeyli həssas sosial qruplar üçün hüquqi yardım təşkil edilib və bu insanlar arasında 20 yanvar əlilləri də var.
“20 yanvar” ictimai birliyinin sədr müavini Mustafa Əliyev də çıxış edərək, 20 yanvar əlillərinin əsas problemləri və bu problemlərin qanunvericilikdə aradan qaldırılası ilə bağlı fikirlərini bildirmişdir.
Daha sonra Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və təşkilatın hüquqşünası Mobil Vəkiloğlu 20 yanvar əlillərinə verilən əlavə hüquq və imtiyazlar haqqında geniş məlumat verdilər.
Görüş diskussiya və sual — cavab formatında davam etdirilib. Görüşdə səslənən bəzi fikirlərlə bağlı təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim olunması qərara alınıb.