Xaricdə təhisl alan tələbə, həm də Azərbaycan həqiqətlərini dünyaya çatdıran milli təmsilçidir

2017/12/30 19:10

Untitled-6Zəngin  elmi ənənələri olan Tatarıstanın paytaxtı Kazan şəhərində çoxsaylı Universitetlərlə  fəaliyyət göstərdiyini bildirən Müvəkkil Hüquq Mərkəzinin Rusiya Federasiyası üzrə təmsilçisi Əhməd Vəkilov dünya elminin qabaqcıl nailiyyətlərini mənimsəmiş bu universitetlərdə Azərbaycan gənclərinin təhsil almasının zəruri olduğunu bildirib.

Əhməd Vəkilov qeyd edib ki, intellektual səviyyəsi yüksək olan hər bir Azərbaycan tələbəsi həm də Azərbaycan həqiqətlərini dünyaya çatdıran milli təmsilçidir.

Ə.Vəkilov  Kazan Universitetlərində Azərbaycan tələbələrinin təhsil alması üçün Müvəkkil Hüquq Mərkəzinin Rusiya təmsilçiliyi tərəfindən zəruri araşdırmaların aparıldığını  və bu ilki tədris ili ərəfəsində zəruri informasiyalarla Azərbaycan gənclərinin məlumatlandıracaqlarını vurğulayıb.