“Müvəkkil” Hüquq Mərkəzi əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlər təşkil edəcək

2018/05/04 20:00
Y425xW574W6E_t“Müvəkkil” Hüquq Mərkəzi tərəfindən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 ay müddətində həyata keçiriləcək.
Bu barədə  məlumat verən təşkilatın sədri Səməd Vəkilov bildirib ki, layihə çərçivəsində bəzi tədbirlər  Bakı şəhəri ilə yanaşı Tərtər, Zaqatala və Lənkəranda da baş tutacaq.
Layihə çərçivəsində “Əmək müqaviləsi: gələcəyə təminat” adlı buklet hazırlanacaq, regionlarda  “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlimlər keçiriləcək.
Bundan başqa qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı layihə çərçivəsində  QHT TV-də (internet televiziyası)  maarifləndirici müsahibə təşkil olunacaq, eyni zamanda maarifləndirici məqalə hazırlanaraq elektron mediada dərc olunacaq.
Tanınmış hüquqşünas  Səməd Vəkilov əlavə edib ki, təşkilatın saytında  qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik müddəalarının və digər maarifləndirici materiallardan ibarət  “Əmək hüquqları” bölməsi yaradılaraq, eyni zamanda sosial şəbəkələrdə  bu sahədə maarifləndirici  fəaliyyət həyata keçiriləcək.