Qeyri-leqal məşğulluğun aradan qaldırılması sosial təminat hüququnun əsası kimi

2018/09/09 14:49
Pv99fOsbJc13_tSəməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin  sədri
Qeyri-leqal məşğulluq əmək münasibətləri sferasında bütün dünyada aktual problemlərdən sayılır.  Azərbaycanda qeyri-leqal məşğulluq geniş yayılmış bir problemdir. Qeyri-leqal məşğulluq hansı səbəblərdən yaranır?
    1) İşəgötürənin vergidən yayınmaq məqsədi.
    2) İşçinin əmək hüquqlarının təmin edilməməsi.
İşçi ilə əmək müqaviləsinin bağlanmaması nəticəsində işçiyə hansı zərər dəyə bilər? Yaxud işçi hansı hüquqlardan məhrum ola bilər? Əmək müqaviləsi bağlanmadığı təqdirdə işçi sosial təminat hüququndan məhrum olur. Beləki  işçi sığorta olunmaq hüququ məhdudlaşdırılır. Əmək məzuniyyətinin təmin olunmur. İstehsalatda qəza zamanı kompensasiya verilmir. Həmçinin əmək stajı olmaması pensiya hüququnun təmin olunmasına maneə törədir.
   Qeyri-leqal məşğulluğun aradan qaldırılmaması ilə bağlı qanunvericilikdə hansı cəza tədbiri nəzərdə tutulmuşdur?  Azərbaycan qanunvericiliyində qeyri-leqal məşğulluğa qarşı inzibati, mülki və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir.
Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən,  Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin «Qeyd» hissəsinə əsasən, həmin maddədə «xeyli sayda» dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.
01 yanvar 2018-ci il tarixdə qüvvəyə minmiş «İşsizlikdən sığorta haqqında» Qanunun tələblərinə əsasən, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi məqədilə işəgötürən müəssisə və işçilər əlavə olaraq əməkhaqqının 0,5 %-i miqdarında  əməyin ödənişi fonduna pul ödəyirlər. Qanunun müddəaları dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar olunması nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.
Qeyri-leqal məşğulluğun subyektinə çevrilməsi ehtimal olunan vətəndaşlar arasında bu kateqoriyadan olan pozuntuların sosial təminat hüquqlarının təmin olunmasında hansı pozuntulara yol verilməsinə dair davamlı olaraq təlimlər keçirilməlidir. Ümumiyyətlə qeyri-leqal məşğulluğun aradn qadırılmasında ən təsirli vasitələrdən biri məhz marifçilik işinin aparılmasıdır.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili”  layihəsi çərçivəsində dərc edilib.