Mikayıl Cabbarov: Vergi islahatları nəticəsində cari ildə dövlət büdcəsinə daxilolmalar artıb

2019/07/28 15:38

 

Vergi islahatları nəticəsində cari ilin ötən dövründə əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergidaxilolmaları əhəmiyyətli şəkildə artıb.

Bu barədə Vergilər naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş verən “ağarma indikatorları”nın rolu burada həlledici olub.