Nazirlik rəsmisi: Azərbaycanda vergi islahatları sahibkarlara dəstəyə istiqamətlənib
Müvəkkil.az ATV.az-a istinadən xəbər verir ki, Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva deyib. S.Musayeva qeyd edib ki, 2018-ci ildə Azərbaycanın vergi sistemində ölkədə aparılan dərin iqtisadi islahatların nəticəsi olan müsbət dəyişikliklər baş verdi:
«Vergi Məcəlləsində dəyişikliklər bir sıra istiqamətləri, o cümlədən biznesə dəstək, vergidən yayınma və «kölgə iqtisadiyyatı» ilə mübarizə, vergi inzibatçılığının təkmilləşdirilməsini əhatə edib».