Vergilər nazirinin müavini Cəlilabadda vətəndaşları qəbul edib

2019/09/21 17:27

Sentyabrın 23-də Vergilər nazirinin müavini Mətin Eynullayev Cəlilabad şəhərində Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vergi qanunvericiliyinin tətbiqi, vergilərin hesablanması və ödənilməsi, vergi orqanlarında işlə təmin olunma, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlərlə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerində həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.