Vergilər naziri BP şirkətinin region üzrə prezidenti ilə görüşüb

2019/09/20 17:43

Sentyabrın 19-da Vergilər naziri Mikayıl Cabbarov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə Regionu üzrə Prezidenti Harri Counsu qəbul edib. Görüşdə BP şirkətinin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, gələcək layihələr və Azərbaycanda bərpa olunan enerji mənbələri  barədə məsələlər müzakirə edilib.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.