Vergilər nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edib

2019/08/26 17:48

Avqustun 26-da Vergilər nazirinin müavini Mətin Eynullayev Gədəbəy şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax  rayonlarından olan sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşlar, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı, həmçinin vergi orqanlarına işə qəbulla bağlı bir sıra məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

   

Geri