Əlilliyi olan şəxslərə edilən güzəştlər

2020/09/14 15:02

Əlilliyi olan şəxs — müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq;

 

Əlillərə edilən güzəştlər.

1)        Müharibə əlillər dövlət hesabına mənzillə təmin olunur, onlar yerli icra hakimiyyəti orqanında uçota götürülür.  Müharibə əlillərinə mənzil və kommunal xərcləri qarşılanması üçün müavinət verilir.

Müvafiq icra hakimiyyəti orqanları dayaq-hərəkət sistemi pozulmuş və digər I qrup əlillərə, müharibə əlillərinə, habelə sağlamlıq imkanları məhdud uşağın ailələrinə öz yaşayış yerlərinin yaxınlığında qaraj tikintisi üçün torpaq sahələri ayrılmasını təmin edirlər.

2)        Əlillər (I, II qrup) həmçinin sağlamlıq imkanları məhdud olan 18 yaşadək işçilər üçün həftəlik 36 saatdan çox olmayan iş saatı, 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlara Əmək məcəlləsinə əsasən nəzərdə tutulmuş məzuniyyətin 2 mislindən az olmayaraq məzuniyyət verilir. Əlillərin çoxluq təşkil etdiyi müəssisələrə vergi güzəştləri tətbiq edilir. İxtisarlar zamanı əlillərə güzəşt edilir. Əlillərə baxan şəxslərə  iş stajı yazılır.

3)        20 yanvar,   I və II qrup əlillərə ödənişli əsaslarla ali və orta peşə-ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Evdə təhsil almaq hüququ təmin edilir.

4)        20 Yanvar əlilləri, milli münaqişə zamanı əlil olanlar və digər 1-ci, 2-ci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada dərman preparatları ilə dövlət tərəfindən təmin olunur, pulsuz tibbi xidmət edilir.

5)        Əlillər növbədənkənar telefon xətti çəkilir  və telefon və nəqliyyat və digər kommunal xərclərlə bağlı müavinət verilir.