İşsiz şəxslərin hansı hüquqları var?

2020/10/14 15:02

İşsiz şəxslərin hansı hüquqları var? İşsiz şəxs kimlərə deyilir?
İşsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs;
Kimlər işləyən şəxs sayılır?
Muzdla işləyənlər , mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər,  sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər,  Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.
İşsizliyin aradan qaldırılmasının ən səmərəli üsullarından biri özünəməşğulluq nədir?
1) İşsiz şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:
2) Özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
3) Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
4) Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi;
5)  seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra — əmlak) 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;
Özünəməşğulluq proqramı üzrə verilmiş əmlak və digər avadanlıqların monitoriniqi aparılır və işlədilmədiyi təqdirdə geri alınır.