Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər

Müvəkkil Hüquq Mərkəzinin Gənclər Klubunun təşkilatçılığı ilə “Gənclərin Cəmiyyətdə Rolu və Yeni Təşəbbüslər” mövzusunda tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin Gənclər Klubunun sədri, Türk Dünyası Gənclər Şurasının üzvü Cavid Vəkilov iştirakçıları, Gənclər Klubunun üzvlərini, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin nümayəndələrini və Birgə Addım Platformasının üzvlərini salamlayıb. O, həmçinin Gənclər Klubunun fəaliyyəti, qarşıya qoyulan məqsədlər və gənclərin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.


Çıxışının sonunda Cavid Vəkilov Klubun Könüllülər Departamentinin rəhbəri Zeynəb Qasımlıya fəaliyyətinə görə sertifikat təqdim edib.


Daha sonra Birgə Addım Platformasının sədri Cavidan Həzizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin mətbuat üzrə məsul şəxsi Leyla Xəlilova, Qərbi Azərbaycan İcmasının Zəngibasar rayon Gənclər Şurasının sədri Kənan Heydərli, Qərbi Azərbaycan İcmasının Xətai rayon Gənclər Şurasının sədri Mirhaşim Mirheydərli və digər iştirakçılar çıxış ediblər.


Qeyd edək ki, tədbirdə 45-dən çox gənc iştirak edib. Görüşün əsas məqsədi gənclərin ictimai fəallığının artırılması, yeni ideya və təşəbbüslərin təşviqi, eləcə də müxtəlif gənclər təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi olub.


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X

Qalereya