Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər
Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Müvəkkil Hüquq Mərkəzinin Könüllülər Departamentinin üzvləri ilə görüş keçirilib. 


Bu barədə Müvəkkil Hüquq Mərkəzi Könüllülər Departamentinin rəhbəri Cavid Vəkilov məlumat verib.

Görüşdə Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin baş tərcüməçisi Həsən ƏhmədovEDnews.net Analtik İnformasiya Portalının Baş redaktoru Ziyafət Əlisoy iştirak ediblər.

Görüş zamanı könüllülərlə fikir mübadiləsi aparılıb, onların fəaliyyət istiqamətləri, gələcək təşəbbüs və ideyaları müzakirə olunub. Həmçinin qonaqlar öz təcrübələrini bölüşərək könüllülərə fəaliyyətlərində uğurlar arzulayıblar.

Görüş qarşılıqlı müzakirələr və faydalı fikir mübadiləsi şəraitində davam edib.


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X