Müvəkkil Hüquq Mərkəzi könüllüləri Zirvə Könüllüləri ilə görüş keçirib.
Müvəkkil Hüquq Mərkəzinin Könüllülər Departamenti ilə Zirvə Gənclərin İnkişaf Klubu arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib.
Bu barədə Müvəkkil Hüquq Mərkəzi Könüllülər Departamentinin rəhbəri Cavid Vəkilov məlumat verib.
O bildirib ki, görüşdə Zirvə Gənclərin İnkişaf Klubu ilə gənclərin inkişafı, könüllülük fəaliyyəti və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər gələcəkdə müxtəlif sosial, hüquqi və gənclər yönümlü təşəbbüslərin birgə reallaşdırılması barədə razılığa gəliblər.
Qeyd edək ki, görüşdə Zirvə Gənclərin İnkişaf Klubunun sədri Maqsud Əhmədzadə, sədr müavinləri Səid Əmrahlı, Cavidan Həzizadə, Kənan Heydərli iştirak ediblər.
Muvekkil.az