Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər

"Müharibədən sonra Azərbaycan ərazisində insanlıq əleyhinə cinayət törətmiş şəxslərin Azərbaycan Respublikasının məhkəmələrində mühakimə edilməsi siyasi baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin qəti iradə, prinsipiallıq nümayiş etdirməsinin təzahürüdür”.


Bunu Hafta.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov erməni hərbi cinayətkarlarının ədalət mühakiməsi ilə bağlı açıqlamasında bildirib.


S.Vəkilov qeyd edib ki, ədalət mühakiməsinin həyata keçirilməsi həm beynəlxalq qanunverciliyə, həm də milli qanunverciliyə uyğun aparılıb.


Hüquqşünas eyni zamanda qeyd edib ki, mühakimə edilən şəxslər Azərbaycan ərazisində insanlıq əleyhinə olan cinayətlər törədiblər:


“Onların Azərbaycan məhkəmələrində mühakimə edilməsi qanunvericiliyə əsasən həyata keçirilib. Bu şəxslər ədalət mühakiməsinin əsas prinsiplərindən olan aşkarlıq, hüquq bərabərliyi, çəkişmə prinsipinə əməl edilməklə mühakimə edilib. Bu isə Azərbaycan dövlətinin beynəlxalq ictimaiyyətə hüququn aliliyi prinsipinə nə qədər sadiq olduğunu göstərir". /hafta.az


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X