Müvəkkil Hüquq Mərkəzi • Hüquq və xəbərlər

Vətən müharibəsi şəhidi Miqdad Abuduəlimovun atası Vətən Naminə Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədr müavini Faiq Abduəlimov Müvəkkil Hüquq Mərkəzinin İdarə Heyətinin qərarı ilə Fəxri fərmanla təltif edilib.


Bu barədə mərkəz məlumat yayıb. Mərkəzin sədri Səməd Vəkilov bildirib ki, Faiq Abuəlimov şəhid ailələrinin sosial inteqrasiyasının təmin olunmasında göstərdiyi fəaliyyətə görə təltif edilib. 


Qeyd edək ki, Vətən Naminə Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhid ailələri, müharibə iştirakçıları və bu sıradan olan digər həssas təbəqə ilə fəal işləyən nüfuzlu təşkilatlardan biridir. Təşkilatın sədri şəhid Miqdad Abuəlimovun anası Tünzalə Abuəlimovadır. 


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X

Qalereya