İllər sonra Azərbaycana qayıdanlara vacib xəbərdarlıq
Bu məsələləri etibarnamə ilə həll etmək mümkündürmü, yoxsa şəxsən hərbi uçot üzrə qeydiyyatda olduğu quruma müraciət etməsi mütləqdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, əvvəlcə həmin şəxsin ölkədən çıxışı zamanı qanunvericiliyin tələblərinə əməl edib-etmədiyi Dövlət Sərhəd Xidməti tərəfindən araşdırılmalıdır.
Onun sözlərinə görə, bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həmin şəxsə çağırış göndərilib-göndərilmədiyi, eləcə də onun barəsində hərbi xidmətdən boyun qaçırma faktı ilə bağlı cinayət işinin olub-olmaması aydınlaşdırılmalıdır:
“Həmin şəxs şəxsiyyət vəsiqəsi almaq üçün şəxsən özü müraciət etməli və hərbi uçota dayanmalıdır. Bundan sonra o, ASAN Xidmət mərkəzinə hərbi uçota dayandığını təsdiq edən sənədlə birlikdə qeydiyyata düşəcəyi mənzilin mülkiyyət sahibinin razılığı da daxil olmaqla tələb olunan digər sənədləri təqdim etməlidir.
Bütün bu prosedurların etibarnamə ilə başqa şəxsə həvalə edilməsi mümkün deyil. Şəxsiyyət vəsiqəsinin etibarnamə əsasında alınmasına qanunvericiliklə yol verilmir”, – deyə Səməd Vəkilov fikrini tamamlayıb.
Muvekkil.az