Müvəkkil Hüquq Mərkəzi • Operativ xəbərlər

Əmək Məcəlləsi 254-cü maddəyə əsasən axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.


Bu barədə açıqlama verən mərkəzimizin sədri tədqiqatçı-hüquqşünas Səməd Vəkilov bildirib ki, bu maddəyə əsasən qadağan olunmuş hərəkətlərin edilməsinə dair şikayətlərlə müəssisədə Həmkarlar Təşkilatı varsa birinci növbədə bu barədə həmin təsisata müraciət edilə bilər. Əgər müəssisədə Həmkarlar Təşkilatı yoxdursa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Dövlət Əmək müfəttişliyi xidmətinə müraciət edilə bilər:


"Əmək müfəttişliyi xidmətinin cavabı qane etmədikdə isə məhkəməyə müraciət edilə bilər. Bir məsələni də qeyd etməliyik ki, əmək mübahisələrinin həlli ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarınında mühüm şərhlər var."


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X