Müvəkkil Hüquq Mərkəzi • Operativ xəbərlər

Mərkəzimizin sədri tanınmış ictimai xadim və hüquqşünas Səməd Vəkilov bildirib ki, hansısa QHT rəhbərinin qanun pozuntusuna yol verməsi  bütün QHT camiəsinin nüfuzuna xələl gətirməməlidir.


Onun sözlərinə görə, hüquq-mühafizə orqanları qanun pozuntusuna yol verən şəxslə bağlı tədbir görürsə, bu, yalnız fərdi məsələdir və bir cinayəti bütöv bir təsisata şamil etmək düzgün yanaşma deyil. Səməd Vəkilov əlavə edib ki, təəssüf ki, sosial şəbəkələrdə Azərbaycan vətəndaş cəmiyyəti institutuna qarşı həqiqəti əks etdirməyən və lazımsız təbliğat aparılır.


“Hər bir cinayət fərdi xarakter daşıyır və bunu ümumi çərçivəyə salmaq yanlışdır”, – deyə o vurğulayıb.


Muvekkil.az

Paylaş: WhatsApp Telegram Facebook X