Müvəkkil Könüllüləri Qarabağ Təlim Mərkəzinin təsisçisi Aytən Məmmədova ilə görüş keçirəcək
Müvəkkil Hüquq Mərkəzinin Gənclər Klubunun üzvləri Qarabağ Təlim Mərkəzinin təsisçisi Aytən Məmmədova ilə görüş keçirəcəklər.
Bu barədə Müvəkkil Hüquq Mərkəzinin Gənclər Klubunun rəhbəri Cavid Vəkilov məlumat verib.
Bildirilib ki, görüş çərçivəsində Qarabağda gənclər üçün yaradılan imkanlar, təhsil və inkişaf perspektivləri, regionda həyata keçirilən müxtəlif təşəbbüslər, eləcə də gənclərin gələcək fəaliyyət imkanları ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Cavid Vəkilov qeyd edib ki, bu cür görüşlər gənclərin müxtəlif sahələr üzrə fəaliyyət göstərən şəxslərlə birbaşa fikir mübadiləsi aparmasına, yeni ideyalar əldə etməsinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməsinə mühüm imkan yaradır.
Görüşün gənclərin Qarabağın gələcək inkişafında rolunun artırılması və regionda mövcud imkanlar barədə məlumatlılığının genişləndirilməsi baxımından əhəmiyyətli olacağı gözlənilir.